Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Ronaldu yaxın 7 ili "Real"da keçirəcək"

"Ronaldu yaxın 7 ili "Real"da keçirəcək"

Date: 28 December 2015 12:05

"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldunun agenti onun komandanı tərk etməyəcəyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Jorje Mendeş portuqal futbolçunun karyerasını 40 yaşında bitirəcəyini də qeyd edib.
"Kriştianu bütün dövrlərin ən güclü futbolçusudur. Əminəm ki, yaxın 7 ili "Real"da keçirəcək və karyerasını da burada başa vuracaq. Madriddə hər şey onu qane edir. O, butslarını mismardan 40 yaşında asacaq".
Ronaldunun adı son zamanlar PSJ və "Mançester Yunayted"lə birgə hallanır.

Milli.Az


Tags:  Ronaldu yaxın ili Realda keçirəcək

RƏYLƏR


Top news