Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bakı Metropoliteni"ndən sərnişinlərə sürpriz - FOTO

"Bakı Metropoliteni"ndən sərnişinlərə sürpriz - FOTO

Date: 28 December 2015 12:05

"Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında növbəti sosial aksiyaya başlayıb.

Trend-in məlumatına görə, bu gündən etibarən metro stansiyalarında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 1 yanvar - Yeni il münasibətilə tədbir keçirilir. Tədbir çərçivəsində Şaxta Baba və Qar qız metro stansiyalarında sərnişinlərlə görüşəcək, onlara bayram əhvalı yaşadacaq.

Bundan başqa, Şaxta baba metronun kiçik sərnişinlərinə, yəni uşaqlara müxtəlif hədiyyələr, oyuncaqlar hədiyyə edəcək.

Açılış zamanı "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyəti jurnalistlərə və sərnişinlərə sürpriz etdi. Məlum oldu ki, tədbirdə Şaxta Baba və Qar qız "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbər işçiləridir. Belə ki, Şaxta baba obrazında "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Qar qız obrazında isə qurumun marketinq şöbəsinin rəisi Lala Babayevadır.

N.Paşayev Trend-ə bildirib ki, tədbir qurum rəhbərliyinin təklifi ilə baş tutub: "Məqsəd insanları təbrik edib, onlarda xoş əhval-ruhiyyə yaratmaqdır. Bununla yanaşı, həmçinin sərnişinlərin problemləri ilə maraqlanmaqdır. Ola bilsin ki, hansısa sərnişin "Bakı Mertopoliteni" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyilə hansısa bir məsələ ilə bağlı görüşmək, hansısa təkliflər vermək və ya problemlər barədə məlumat vermək istəyir, amma bunu edə bilmir. Bu məqsədlə də Şaxta baba və Qar qız vasitəsilə sərnişinlər problem və təkliflərini rəhbərliyə çatdıracaqlar.

N.Paşayev bildirib ki, Şaxta baba və Qar qız bütün metro stansiyalarını gəzəcək. Tədbir bir neçə gün davam edəcək.

Milli.Az








Tags:  Bakı Metropolitenindən sərnişinlərə sürpriz FOTO


RƏYLƏR


Top news