Tanınmış azərbaycanlı aparıcının ad günüdür - FOTOSESSİYA

Tanınmış azərbaycanlı aparıcının ad günüdür - FOTOSESSİYA
12:22 28 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün tanınmış teleaparıcı Yusif Ağayevin 57 yaşı tamam olur. Teleaparıcı həmişə formada və cavan qalmağının sirlərindən danışıb. O, bu haqda Milli.Az-a bildirib.

"İnsan öz sağlamlığının həmişə qeydinə qalmalıdır. Sağlamlığını qorumaq o demək deyil ki, özünə ciddi dietalarla işgəncə verməlisən. Xeyr, sadəcə, insan özünü uşaq yaşlarından buna hazırlamalıdır. Uşaq yaşlarından sən əgər öz formana baxa bilirsənsə, bu, artıq normal haldır. İnsanda dieta uşaqlıqdan vərdiş halını almalıdır. Buna görə də həmişə kök olmaqdan qorxmuşam, çünki boyum bir o qədər də böyük olmadığı üçün az yeməyə üstünlük vermişəm.

Həmişə formada qalmaq üçün ət yeməyindən çox az istifadə etmək lazımdır. Balıq, toyuq ətindən müəyyən hallarda istifadə etmək olar. Mən gün ərzində 2 litr su içirəm. İşdə də hamı görür ki, hara gedirəmsə əlimdə su aparıram. Bir neçə ildir ki, qarabaşaq dietasından istifadə edirəm. Axşam 6-dan sonra isə yemək yemirəm, şirniyyatlardan uzaq dururam. Siz diqqətlə dayanıb həddindən artıq kök, şişman insanlara baxın. Təbii ki, onlar kənardan çox eybəcər görünürlər. Özünüzü onların yerinə qoyun və bu yolla mədənizi tərbiyə edin", - teleaparıcı bildirib.

Əli Rəhimoğlu
Milli.Az





















Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR