Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşallah Əhmədovun apelyasiya şikayəti təmin edilmədi

Date: 28 December 2015 12:28

Bakı. Samir Məmmədov - Trend:

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən veteran futbolçu Maşallah Əhmədov barəsində Binəqədi Rayon Məhkəməsində çıxarılan həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.

Bu barədə Trend-ə məhkəmədən məlumat verilib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Hakim birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlayıb.

Qeyd edək ki, M.Əhmədov dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Veteran futbolçu Bakıda bir neçə nəfərin 150 min manatdan artıq pulunu alıb və qaytarmayıb.

Dekabrın 16-da Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı olan M.Əhmədov qərardan apellasiya şikayəti verib.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan M.Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Maşallah Əhmədovun apelyasiya şikayəti təmin edilmədi

RƏYLƏR


Top news