"Ərimin ölümündən sonra haqqında elə şeylər eşitdim ki..." - Nazlı

"Ərimin ölümündən sonra haqqında elə şeylər eşitdim ki..." - Nazlı
12:41 28 Dekabr 2015
109 Şou
Ölkə mətbuatı
A- A+

"İşte benim stilim"in qalmaqallı iştirakçısı Nazlı Hamarat dünən jurnalistlərlə rastlaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, həyat yoldaşı Cevdet Emir Şaşmaz öldürüldükdən 40 gün keçməmiş yarışmaya qatılan Nazlı həmin vaxt çox tənqid olunmuşdu. Ardıyca isə yeni sevgilisinin olduğunu açıqlayaraq diqqətləri növbəti dəfə üzərinə çəkmişdi.

Keçmiş sevgilisinə qayıdan model bu günlərdə onunla birgə kafelərdən birində görüntülənib. Hamarat açıqlamasında tənqidlərə cavab verib:

"O vaxt indiki sevgilimdən ayrıldıqdan sonra Emirlə tanış olmuşdum. Emir öldürüldükdən sonra isə o, mənə dəstək oldu. Məni axtarıb başsağlığı dedi, daha sonra növbəti dəfə yaxınlaşdıq. Ailələrimiz də tanış olduğu üçün asan oldu. Emirlə bir-birimizi sevmişdik, amma son bir il ərzində haqqında elə şeylər eşitdim ki... Ölümündən sonra isə mənə çoxlu təhdidlər gəldi. Zəng vurub "almazlar haradadır" deyə soruşurlar. Bacısı İlknur da zəng vurub məni təhdid etdi".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR