Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

161 min manat cərimə ilə bağlı hər hansı bildiriş almamışıq" - MTRŞ

161 min manat cərimə ilə bağlı hər hansı bildiriş almamışıq" - MTRŞ

Date: 28 December 2015 12:42

Milli Televiziya və Radio Şurasının son iclasında "ANS Müstəqil Yayım və Media Şirkəti"ndən heç kim iştirak etməyib. Halbuki, Şuranın iclasından 10 gün qabaq biz onlara iclasda iştirak etmək üçün dəvət göndərmişdik.

Bunu APA-ya açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədli deyib.

O bildirib ki, inzibati protokollarla tanış olmaq üçün "ANS Müstəqil Yayım və Media Şirkəti"nin nümayəndəsi Şuraya gəlməyib: "Protokol tərtib olunanda onları dəvət etdik, rəsmi bildiriş göndərdik, yenə də heç kim gəlmədi".

T.Məmmədli qeyd edib ki, 161 min manat cərimə ilə bağlı "ANS Müstəqil Yayım və Media Şirkəti"nin MTRŞ-i məhkəməyə verməsi ilə bağlı hər hansı bildiriş almayıblar.

Milli.Az


Tags:  161 min manat cərimə bağlı hər hansı bildiriş almamışıq MTRŞ


RƏYLƏR


Top news