Prezidentdən əmr: "İqlesiasın adamlarını döyün!" - FOTO

Prezidentdən əmr: "İqlesiasın adamlarını döyün!" - FOTO
12:47 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Şri-Lanka prezidenti Maytripala Sirisena məşhur müğənni Enrike İqlesiasın yaradıcılığını bəyənmir.
O, dekabrın 20-də paytaxt Kolomboda müğənninin konsertinin təşkilatçılarının döyülməsini əmr edib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, prezidentin əmrinə görə, İqlesiasın komandasının üzvləri orta əsrlərdəki təki cəzalanmalıdır: onların zəhərli skatın quyruğu ilə döyülməsinə göstəriş verilib.

Prezidenti qəzəbləndirən məqam Enrike İqlesiasın konsertində yerli xanımların davranışı olub. Konsert əsnasında zaldakı qızlar və qadınlar büstqalterlərini çıxararaq İqlesiasa atıblar. Bəzi qızlar isə yarıçılpaq halda səhnəyə dırmaşaraq İqlesiası öpməyə çalışıblar.
Sirisena onu da bildirib ki, onu qəzəbləndirən digər məqam konsertə biletlərin 35-350 dollara kimi çox baha qiymətə satılmasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393623.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR