Hacı Nazimlə Röya küsülü imiş

Hacı Nazimlə Röya küsülü imiş
12:51 28 Dekabr 2015
55 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Röya Ayxanla Hacı Nazimin 2 ildir küsülü olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda Hacı Nazim “Onlar”a açıqlamasında deyib:

“Dostluq söz-söhbətsiz olmaz. Bu haqda heç vaxt deməmişəm. 2 ildən çoxdur ki, Röya ilə danışmıram. Biz çox yaxın, mehriban dost olmuşuq. O mahnılar da dostluqdan doğub. Küssək də, arada “salam” qalıb”.

Röya Nazimin bu iddiasını cavabsız qoymayıb. O, küsülülük xəbərini təsdiqləyib:

“Aramızda külək əsir, əslində heç bir ciddi problem yoxdur. Onu çox da istəyirəm. Görüşəndə salamlaşırıq, düşmən deyilik. Onu çox da istəyirəm. Sadəcə, bəzi məqamlar olub, bir az uzaqdayam. Hər şey yoluna düşəcək”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR