Fabreqas "Mançester Yunayted"ə qarşı oynaya bilməyəcək

"Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas "Mançester Yunayted"ə qarşı görüşdə oynaya bilməyəcək.


Metbuat.az "The Telegraph"a istinadən xəbər verir ki, ispan futbolçu temperaturunun yüksək olması səbəbindən Mançesterə aparılmayıb. Daha öncə İngiltərə mətbuatında yayılan məlumatlarda Fabreqasın sabiq baş məşqçi Joze Mourinyonun qovulmasında rolunun olduğu bildirilmişdi.

Dieqo Kosta isə diskvalifikasiya səbəbindən "Mançester Yunayted"lə oyunda meydana çıxa bilməyəcək. Loik Remi, Radamel FalkaoEden Azar isə optimal formalarını bərpa edə bilməyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR