İsa peyğəmbər üçün 10 milyon dollarlıq ev (FOTO)

İsa peyğəmbər üçün 10 milyon dollarlıq ev (FOTO)
12:56 28 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

İsa peyğəmbər üçün nəzərdə tutulan malikanə 10 milyon dollar satışa çıxarılıb.
Malikanə Nyu-Yorkun Bronks şəhərində yerləşir.

ANS PRESS-in məlumatına görə, 17 otaqdan ibarət malikanə 7 yataq otağı, 5 vanna otağı, idman zalı, sauna və iş otağından ibarətdir.
Geri qayıdacağına inanılan İsanın ikinci gəlişi üçün nəzərdə tutulan evin hərraca çıxarılması barədə bu ilin yazında verilib.


Malikanənin qonaq otağı.

Möhtəşəm malikanə 1928-ci ildə Qrisko ailəsi tərəfindən tikilib. Malikanənin sahibəsi isə qonşuluqdakı kiçik evdə yaşayıb. Ev sahibəsinində daxil olduğu teosofistlər dini cərəyanın üzvləri müntəzəm olar evi təmizləyib, onu peyğəmbərin gəlişi üçün hazır vəziyyətdə saxlayıblar.


Malikanənin görünüşü.

Əvvəllər bu evin dini görüşlər, teosofistlər qrupunun yay iqamətgahı kimi istifadəsi nəzərdə tutulub. Ev sahibəsi Jenevev Qriskonun ölümündən sonra ev 1958-ci ildə satışa çıxarılsa da, ev sahibinin qohumları sonradan bu fikirdən daşınıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR