Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fransada Azərbaycanla bağlı arxeoloji materiallar aşkarlanıb

Date: 28 December 2015 12:58


Bakı, 28 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə Fransa Mədəniyyət və Kommunikasiya Nazirliyinin maliyyə dəstəyi ilə Paris yaxınlığındakı Sen-Jermen şəhərindəki Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyində həyata keçirilən qrant layihəsində iştirak edib.
Milli Azərbaycan Tarixi Muzeyindən AZƏRTAC-a bildiriblər ki, N.Quluzadə Sen-Jermen-en-Laye Milli Arxeologiya Muzeyində qorunan, fransız arxeoloqu Jak de Morqanın 1889-1891-ci illərdə Azərbaycan ərazisində aşkar edərək Fransaya apardığı qədim maddi-mədəniyyət nümunələri ilə tanış olub və onları öyrənib. Alim ümumilikdə 548 ədəd qədim əşya ilə bağlı zəruri məlumatları qeydə alıb.
Maddi-mədəniyyət nümunələri arasında saxsı qablar, bəzək əşyaları (muncuq, tunc bilərzik, tunc üzük, tunc düymə və tunc maral fiquru və s.) tədqiq olunub.
Eyni zamanda, qədim əşyalarla tanışlıq zamanı 2 ədəd tunc nizə ucluğunun, 1 ədəd tunc kəmərin, 3 ədəd tunc əmək alətinin, 2 muncuq düzümünün ölçüləri götürülüb, təsviri verilib və fotoşəkilləri çəkilib.
N.Quluzadə tərəfindən öyrənilmiş arxeoloji materialların əksəriyyəti e.ə. II minilliyin sonlarına - I minilliyin əvvəllərinə aiddir.

Tags:  Fransada Azərbaycanla bağlı arxeoloji materiallar aşkarlanıb


RƏYLƏR


Top news