Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Boks üzrə Azərbaycan çempionatında üçüncü gün yekunlaşıb

Boks üzrə Azərbaycan çempionatında üçüncü gün yekunlaşıb

Marneulidə keçiriləcək boks üzrə Gürcüstan çempionatında 7 azərbaycanlı mübarizə aparacaq (13 Fevral 2017 20:02)

Tarix: 28 Dekabr 2015 13:03


Bakı, 28 noyabr, AZƏRTAC 
Böyüklər arasında boks üzrə Azərbaycan çempionatında növbəti gün arxada qalıb. Yarışın üçüncü günündə 39 döyüş keçirilib.
AZƏRTAC xəbər verir ki, 49 və 60 kiloqram çəki dərəcələrində 1/4 final qarşılaşmaları olub və yarımfınalçılar müəyyənləşib. Digər çəkilərə gəlincə, 52, 56, 64, 81 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində idmançıların yarışında 1/8 final görüşləri keçirilib.
Araz İmaməliyev (49 kq, “Gilan”), Məsud Yusifzadə (52 kq, “Rabitə”), Kənan Hüseynəliyev (56 kq, “Gilan”), İlkin Ağayev (60 kq, “Gilan”), Kamran Baxşəliyev (64 kq, “Rabitə”), Rauf Rəhimov (81 kq, “Gilan”) və Arslanbek Mahmudov (91 kq-dan yuxarı, “Baku Fires”) növbəti qələbələrini qazanıblar.
Dekabrın 29-dək davam edəcək yarışda 200-dən artıq kişi və qadın idmançı mübarizə aparır. Paytaxt və regionları təmsil edən komandaların heyətində çıxış edən idmançılar on çəki dərəcəsi üzrə qalib və mükafatçıları müəyyənləşdirirlər.

Teqlər:  Boks üzrə Azərbaycan çempionatında üçüncü gün yekunlaşıb



RƏYLƏR


Top xəbərlər