Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəhriyar bu gün dünya çempionu ilə qarşılaşacaq

Şəhriyar bu gün dünya çempionu ilə qarşılaşacaq

Date: 28 December 2015 13:05

Qətərin paytaxtı Dohada keçirilən şahmat üzrə "Qatar Masters Open"də mübarizə həlledici mərhələyə qədəm qoyub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov sona 2 tur qalmış liderliyi ələ alıb.

8-ci turda Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq qarşılaşmada azərbaycanlı qrossmeyster ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, bu görüşün nəticəsi hər iki şahmatçı üçün böyük əhəmiyyət kəsb edir. 7 turdan sonra Məmmədyarov, Karlsen və rusiyalı Sanan Syugirov hərəyə 5,5 xalla ilk 3 pilləni bölüşür. Syugirov qara fiqurlarla həmyerlisi və yarım xal üstələdiyi Vladimir Kramniklə qara fiqurlarla qarşılaşacaq. 

Milli.Az


Tags:  Şəhriyar bu gün dünya çempionu qarşılaşacaq

RƏYLƏR


Top news