Kriştianu Ronaldu karyerasını "Real Madrid"də başa vuracaq

Kriştianu Ronaldu karyerasını "Real Madrid"də başa vuracaq
13:07 28 Dekabr 2015
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu karyerasını İspaniya "Real Madrid"ində başa vuracaq. "Report!"un AS nəşrinə istinadən məlumatına görə, bu barədə 30 yaşlı hücumçunun agenti Jorje Mendeş açıqlama verib.
"Ronaldu bütün zamanların ən yaxşı futbolçusudur. Əminəm ki, növbəti 4 - 7 ildə də "Real Madrid"də oynayacaq, karyerasını da elə orada başa vuracaq. Kriştianu bu komandada xoşbəxtdir və 40 yaşında butslarını mıxdan asacaq" deyə Mendeş bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldunun hazırkı müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. Portuqaliyalı hücumçu "Real Madrid"ə 2009-cu ilin yayında İngiltərə "Mançester Yunayted"indən 94 milyon avroya keçib. Oktyabrda dostu - "Şeffild Uensdey"in futbolçusu Joze Semedu "Qızıl top"un hazırkı sahibinin karyerasını İngiltərədə başa vurmaq istədiyini açıqlayıb. Ronaldunun özü isə bundan bir ay öncə gələcəkdə ABŞ-da oynamağı planlaşdırdığını söyləyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/agenti-ronaldu-karyerasini-real-madrid-de-basa-vuracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR