Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arvadını, uşaqlarını və qayınanasını öldürdü

Arvadını, uşaqlarını və qayınanasını öldürdü

Date: 28 December 2015 13:12

Rusiyanın Tümen vilayətinin sakini olan kişi iki azyaşlı övladını, sabiq arvadını və qayınanasını qətlə yetirib. Qayınana qızını və nəvələrini görmək üçün qonaq gəlibmiş.

Milli.Az İnterfaks-a istinadən bildirir ki, çoxsaylı bıçaq zərbələrindən həlak olmuş 4 yaşlı qız və 1 yaş 9 aylıq oğlanın cəsədləri Yurqin rayonundakı Lesnoe kəndində, evdə aşkarlanıb.

Uşaqların anası isə başından küt alətlə aldığı zərbədən həlak olmuşdu.
Ailə başısı, 31 yaşlı kişi həbs olunub. O, cinayətini etiraf edib.

Milli.Az


Tags:  Arvadını uşaqlarını qayınanasını öldürdü


RƏYLƏR


Top news