​Yaponiya Cənubi Koreyadan tarixi əxlaqsızlığa görə üzr istəyib

​Yaponiya Cənubi Koreyadan tarixi əxlaqsızlığa görə üzr istəyib
13:17 28 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Yaponiya hökuməti II dünya müharibəsi zaman cənubi koreyalı qadınları cinsi istismar etdikəri üçün Cənubi Koreyadan üzr istəyib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda iki ölkənin xarici işlər nazirlikləri arasında razılıq əldə edilib.
Məlumata görə, Yaponiyanın xarici işlər naziri Fumio Kisida dekabrın 28-də bununla bağlı cənubi koreyalı həmkarı Yun Byon Se ilə Seulda görüş keçirəcək.
Məlumata görə, Yaponiya maddi yardım fondundan Cənubi Koreyaya 100 milyon yen (800 min dollara yaxın) təzminat verəcək.
Cənubi Koreya hökuməti bildirib ki, həmin dövrdə iki yüz minə yaxın koreyalı qadın yapon əsgərlər tərəfindən cinsi istimara məcbur ediliblər. 2007-ci ildə 120 zərərçəkən qadın sağ qalmışdısa, indi orta yaşı 90 olan həmin insanların sayı 47-dir.
Yaponiya ilə Cənubi Koreya arasında məsələyə dair 10-dan artıq görüş keçirilsə də, hamısı nəticəsiz başa çatıb. Bu il noyabrın 2-də Yaponiyanın baş naziri Sindzo Abe ilə Cənubi Koreyanın prezidenti Pak Kın He arasında keçirilən görüşdə məsələnin tənzimlənməsi yolu ilə bağlı danışıqlara başlanması haqda razılıq əldə edilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yaponiya-cenubi-koreyadan-tarixi-exlaqsizliga-gore-uzr-i

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR