Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Respublika Klinik Xəstəxanasının I korpusu əhalinin istifadəsinə verilib

Respublika Klinik Xəstəxanasının I korpusu əhalinin istifadəsinə verilib

Date: 28 December 2015 13:18


Bakı, 28 dekabr, AZƏRTAC
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının I korpusu əsaslı təmirdən sonra istifadəyə verilib.
Səhiyyə Nazirliyinın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə şöbələr üzrə 200 çarpayısı olan korpus yüksək keyfiyyətli avadanlıqlarla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar quraşdırılıb.
Korpus əlil arabaları, video qastro dayaq dəsti, Almaniya istehsalı olan oftalmoskop, otoskop, lor baxış alət dəsti ENES, lor kombayn, aspirator, irriqator və kompressor, video endoskop və işıq qaynağı, endoskop üçün monitor, yenidoğulmuşların intensiv terapiyası üçün neonatal inkubator, avtomatik hava və oksigen dozatoru və s. ən son texnoloji avadanlıqlarla təmin edilib.

Tags:  Respublika Klinik Xəstəxanasının korpusu əhalinin istifadəsinə verilib


RƏYLƏR


Top news