Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vergilər Nazirliyi bu müğənnin cəriməsini LƏĞV ETDİ: "Zəng etdilər..."

Vergilər Nazirliyi bu müğənnin cəriməsini LƏĞV ETDİ: "Zəng etdilər..."

Date: 28 December 2015 13:24

Vergilər Nazirliyi müğənni Nura Suriyə kəsdiyi cəriməni ləğv edib. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib: “Bu gün vergilər Nazirliyindən mənə zəng etdilər və cərimənin silindiyini dedilər. Söylədilər ki, həmin cərimə yoxlanıldı və ləğv olundu. Çünki bu günə kimi vergimi vaxtı-vaxtında ödəmişəm”.

 

 

Qeyd edək ki, müğənni Nura Suri bir neçə gün öncə Lent.az-a açıqlamasında Vergilər Nazirliyi tərəfindən cərimə olunduğunu demişdi: “Təxminən 6 ildir ki, vergi ödəyicisiyəm. Bir il səhhətimdə problemlər oldu, xəstə yatdım, işləmədim, efirə çıxmadım, amma buna baxmayaraq vergimi ödədim. İndi mənə 1000 manat cərimə yazıblar. Elə bilin ki, bu  25 min manatın 4 faizi edir. Guya ki, mən 25 min qazancı gizlətmişəm. Buna görə də şikayət ərizəsi yazmışam. Şikayətimə baxılır. İndi cavab gözləyirəm. Bu həftənin sonuna qədər mənə cavab deyilməlidir. Onlar bu qərarı araşdırıb ləğv etməlidir, əks halda məhkəməyə müraciət edəcəyəm. Hər zaman çalışmışam ki, qanunla hərəkət edim. Məni 6 il öncə heç kim məcbur etməmişdi ki, gedim VÖİN açım, Sosial Müdafiə Fonduna pul köçürdüm. Bunu mən o vaxt etdim ki, başım ağrımasın. İnsan hər şeyi qanunla edəndə, sabah onu nədəsə ittiham etmək düzgün deyil. Ömrü boyu qanuna riayət edən adamam. Maşına oturanda da kəmərimi bağlayıram. Belə çıxır ki, mən yalançıyam? Dövlətdən pul gizlətmişəm? Həyat yoldaşımdan ayrılandan sonra evlərimi, qızıllarımı satmışam. O da xarici vətəndaşdır. İndi gəlsinlər, qarşılarına qoyum ki, mənim  gəlirim haradandır, nədir, nə deyil. Onu o adam ödəyər ki, VÖİN-ü olmayıb, vergidən yayınıb. Toy aparan müğənni deyiləm, musiqiçilərim yoxdur. İndiyə kimi hələ konsert də verməmişəm. Çünki buna əlavə imkan lazımdır. Mənim heç işçim, prodüserim belə yoxdur. Hansı müğənni 15-20 minə toy oxuyub, vergi ödəməyib, getsinlər vergilərini ödəsinlər. Onlar cərimə oluna bilər. Amma mən sağlam vergi ödəyicisi kimi niyə cərimə olunmalıyam?”


Tags:  Vergilər Nazirliyi bu müğənnin cəriməsini LƏĞV ETDİ Zəng etdilər

RƏYLƏR


Top news