Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Embawood”dan oğurluq etmək istəyənlər tutuldu

“Embawood”dan oğurluq etmək istəyənlər tutuldu

Date: 28 December 2015 13:29

Xırdalan şəhərində oğurluğa cəhd etmiş 2 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 25-də saat 23.36-da Xırdalan şəhərindəki “Embawood” mağazasından Abşeron Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal həyata keçirilmiş tədbirlərlə oradan şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Xırdalan şəhər sakini Ramin Cəfərov, Bakı şəhər sakini Natiq Möhübov və Şamaxı rayon sakini Aqil İsrafilov saxlanılıb. Onlar Abşeron RPİ-yə təhvil verilib.

 

Araşdırma aparılır.


Tags:  Embawooddan oğurluq etmək istəyənlər tutuldu

RƏYLƏR


Top news