Ən maraqlı, qəribə toylardan biri oldu - FOTO

Ən maraqlı, qəribə toylardan biri oldu - FOTO
13:32 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur dietoloqlarından biri, 26 yaşlı Cessika Sepel ərə gedib. O, 30 yaşlı Din Şteynqoldla ailə qurub.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 170 qonağın dəvət olunduğu toy Taylanddakı lüks "Tamarind Health Spa" otelində olub.

Bazar günü təşkil olunmuş toyda qonaqlar üçün hazırlanmış masalardakı bütün yeməklər vegetarian üslubda idi. Yeməklər arasında tərkibində şəkər, ət, yağ olan bir təam da yoxdu.
Qonaqlara spa prosedurlar, masaj təklif olunub.

Avstraliyalı dietoloq Cessika Sepelin dediyinə görə, onların məqsədi heç də ekstravaqant toy etmək deyildi.
"Sadəcə, toy mərasimində masalarda sağlam qidanın ola biləcəyini göstərmək istədik. Biz vegetarianıq və ət yemirik. Habelə, şəkərin də insan orqanizminə zərərli olduğunu qonaqlara xatırlatmaq istədik", - C.Sepel deyib.

Milli.Az






















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR