Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kamran Ağayev Bakı klubunda

Kamran Ağayev Bakı klubunda

Date: 28 December 2015 13:32

Bir müddətdi "Sumqayıt"ın düşərgəsində məşq edən Kamran Ağayevin bu klubla anlaşması barədə хəbərlər yayılmışdı. Məlumatda deyilirdi ki, tərəflər arasında şifahi razılıq əldə olunub və Kamran yaya qədər "Sumqayıt"ın formasını geyinmək niyyətindədi.

Lakin millimizin bir nömrəsi fərqli qərar verib. Aut.az-ın əldə etdiyi məlumata görə, Ağayev "İnter"lə anlaşıb. Səlahət Ağayevlə yollarını ayıran "bankirlər" millinin əsas qapıçısı ilə danışıqları müsbət yekunlaşdırıb və müqavilə şərtlərini razılaşdırıb.

Qeyd edək ki, bu ilin əvvəlindən Türkiyədə "Kayserispor" və "Karşıyaka" klublarının formasını geyinən Kamran əvvəllər ölkəmizdə "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı" və "Qəbələ"də oynayıb.

Fanat.az

Tags:  Kamran Ağayev Bakı klubunda

RƏYLƏR


Top news