Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
13:38 28 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC 
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar tədbir keçirilib.
Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə miras qoyduğu Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən danışıb. O, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşliyinin və Vətənə sədaqətinin rəmzi olduğunu deyib. Bildirib ki, 31 dekabr dünyada yaşayan bütün azərbaycanlıların birliyi günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu günün qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə, mənəvi ehtiyaca çevrilib. Bu əziz günün yaradıcısı ümummilli liderimiz Heydər Əliyev 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə dünya azərbaycanlılarının gününün təsis olunmasının əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Həmin vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.
Bəxtiyar Əsgərov həmin bayramın yaranmasının məhz Naxçıvanla bağlılığından söhbət açıb və hazırda bu önəmli işin Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanin_Bakidaki_daimi_numayendeliyinde_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu_qeyd_edilib-914889

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR