Heydər Əliyev Sarayında "Barboskinlərdə Yeni il" tamaşası nümayiş etdirilib

Heydər Əliyev Sarayında "Barboskinlərdə Yeni il" tamaşası nümayiş etdirilib
13:47 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Heydər Əliyev Sarayında "Barboskinlərdə Yeni il" adlı tamaşa nümayiş etdirilib.
Sarayın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, uşaqlar və onların valideynləri üçün maraqlı, rəngarəng, interaktiv və qeyri-adi akrobatik elementlərdən ibarət tamaşa təqdim edilib. Səhnədə peşakar teatr aktyorları və sirk akrobatlarından ibarət artistlər çıxış edib.
"Barboskinlərdə Yeni İl" tamaşasında - canlı simalar, müasir tərtibat, real detektiv hekayə, hadisələrin gözlənilməz dönüşü, akrobatik elementlər, gülməli səhnələr tamaşaçıların marağına səbəb olub.
Qeyd edək ki, tamaşada Barboskin ailəsinin üzvlərinə iki personaj- Şaxta baba və Qar qız da qatılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/heyder-eliyev-sarayinda-barboskinlerde-yeni-il-tamasasi-numayis-etdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR