​"Report": Nağd dollara tələbat yüksək səviyyədədir

13:52 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Qeyd edək ki, ötən həftənin sonunda (şənbə və bazar günlərində) valyutadəyişmə məntəqələrinin bağlı olmasından istifadə edən bəzi işbazlar nağd dolların alış-satış məzənnəsini "qara bazar"da süni olaraq artırması səbəbindən Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün üçün rəsmi məzənnəsi xüsusi önəm kəsb edirdi. AMB-nin məzənnəni dekabrın 28-də 1,5561 AZN/USD səviyyəsində açıqlaması valyuta bazarını normal fəaliyyət rejiminə qaytarıb. Buna baxmayaraq, dollara olan cari tələbat hələ də yüksək səviyyədədir.
Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın 25-də 80 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün də yüksək olacağı gözlənilir. Həftəsonu yaranan məzənnə riskinə getmək istəməyən insanların Yeni il bayramına qədər manat vəsaitlərini dollara çevirəcəkləri istisna edilmir. Bu səbəbdən bayrama qədər AMB-nin valyuta satışının yüksək olması proqnozlaşdırılır. Rəsmi məzənnənin isə hər gün artması insanların valyuta alışını daha da stimullaşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/report-nagd-dollara-telebat-yuksek-seviyyededir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR