Gələn il Yer kürəsində müşahidə olunacaq geomaqnit qasırğalarının sayı açıqlanıb

Gələn il Yer kürəsində müşahidə olunacaq geomaqnit qasırğalarının sayı açıqlanıb
13:57 28 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ Gələn il Yer kürəsində təxminən 7 ən böyük, ümumilikdə isə 40 geomaqnit qasırğası gözlənilir. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edib.
Xəbərdarlıq mətnində qeyd olunub ki, 2016-ci ildə 25-40 arası geomaqnit qasırğası proqnozlaşdırılır: "Onların arasında böyük olacaq qasırğaların sayı 3-7 arası dəyişir".
Məlumata görə, 2016-cı ildə günəşin aktivliyinin tədricən düşməsi davam edəcək. Qurum qeyd edir ki, bu təbiət hadisəsi yüksəkorbital peyklərdə yerləşdirilmiş elektronikanın işinin pozulma risklərinə gətirib çıxara bilər.
Rusiya FHN-in yaydığı məlumatda o da bildirilir ki, 2015-ci ildə çox sayda geomaqnit qasırğası qeydə alınıb. Belə ki, bu ilin yanvar ayının 1-dən noyabrın 1-dək 36 geomaqnit qasırğası olub. Onlardan beşi daha böyük qasırğa olub. Ən böyük qasırğa isə iyunun 22-də qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/gelen-il-yer-kuresinde-musahide-olunacaq-geomaqnit-qasirgalarinin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR