​Rusiyanın keçmiş naziri: "Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını dəstəkləmirəm"

​Rusiyanın keçmiş naziri: "Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını dəstəkləmirəm"
13:57 28 Dekabr 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ "Mənim bu məsələyə münasibətim dəyişməyib və prinsipcə həm Rusiya, həm də Türkiyəyə qarşı sanksiyaların tətbiqinə qarşıyam".
"Report" xəbər verir ki, bunu Rusiyanın keçmiş maliyyə naziri, "Vətəndaş Təşəbbüsü Komitəsinin" başçısı Aleksey Kudrin "İnterfax"a müsahibəsində bildirib.
A.Kudrin deyib ki, Moskvanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına ziyan vuracaq: "Mən hesab edirəm ki, "Su-24"ə (Türkyənin sərhədini pozduğu üçün vurlan Rusiya hərbi təyyarəsinin nəzərdə tutur -"Report") hücum ediləndən sonra Ankaraya münasibəti siyasi demarşla məhdudlaşdırmaq lazım idi. İqtisadi məhdudlaşdırmaya ehtiyac yoxdur. Bu həm də Rusiya iqtisadiyyatına ziyan vurur.
Bu yaxınlarda bir sahibkarla görüşdüm. Mənə dedi ki, ondan türk işçiləri işdən çıxarmağı tələbə edilər. Sahibkar onları belə qısa müddətə əvəz etməyin mümkün olmadığını söylədi. O deyir ki, kredit və sanksiya cəriməsinə görə məsuliyyət daşıyır. Başqa sözlə Türkiyəyə sanksiya tətbiqi Rusiya biznesinə ciddi zərbə vuracaq. Oyun qaydalarındakı dəyişiklik isə iqtisadi institutların vəziyyətinə təsir göstərir".
Keçmiş nazir Rusiyanın Suriyadakı əməliyyatlarının ölkəsinə verəcəyi iqtisadi səmərədən danışmaqdan imtina edib: "Bunun üçün dərin analiz aparmaq lazımdır".
O, Rusiya prezidenti Vladirmi Putinlə bu ilin avqust və oktyarb aylarında təkbətək görüşərək, iqtisadiyyatdan danışdıqlarını da söyləyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyanin-kecmis-naziri-turkiyeye-qarsi-sanksiyalar-tetbiq-olunmasini-desteklemirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR