Azərbaycanlı müğənninin Türkiyədə toyu olacaq

Azərbaycanlı müğənninin Türkiyədə toyu olacaq
14:01 28 Dekabr 2015
176 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Aytac Vidadiqızının Türkiyədə toyu olacaq.

Axşam.az-ın məlumatına görə, ötən həftə Bakıda toyu olan ifaçı bunun səbəblərini açıqlayıb:

“Bakıda toyum çox gözəl keçdi. Bütün qohumlarım və mənə əziz olan sənət dostlarım xoşbəxt günümdə yanımda oldu. Toyumda sənət aləminin ən görkəmli nümayəndələri iştirak etdi. Hətta unudub dəvət etmədiyim bir sıra şəxs də gəlmişdi. Həyat yoldaşımın bütün qohumları Türkiyədə yaşadığından toyda yalnız ailə üzvləri iştirak edə bildi. Ona görə də Bakıda qız toyu oldu. Oğlan toyu Türkiyədə yanvarda baş tutacaq. O məclis daha möhtəşəm olacaq. Daha sonra isə bal ayına yollanacağıq”.

Aytac Vidadiqızı toyuna dəvətli olan bəzi həmkarlarının gəlməməsindən danışıb:

“Toy insan həyatında dostunu-düşmənini müəyyən etmək üçün gözəl təcrübədir. Mən də toyumdan sonra üzümə gülən yalançı dostlarımı tanıdım. Dost bildiyim az sayda sənət yoldaşım oldu ki, məni heç quru sözlə təbrik etmədi. İnsan uman yerdən küsər. Mən onların bütün tədbirlərində, xeyir işlərində necə lazımdır iştirak etmişəm. Mən heç kəslə pula görə dostluq etmirəm. Amma görünür çoxu mənim puluma, var-dövlətimə görə dostluq edib. Kiminsə hesabına insanların gözünü mazol ediblər deyə, özlərini önəmli insan sayırlar. Nə səsimlə, nə imkanımla heç birindən geri qalmıram”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43294

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR