Azərbaycanda 5 və 1 ulduzlu otellər üçün STANDARTLAR açıqlandı

Azərbaycanda 5 və 1 ulduzlu otellər üçün STANDARTLAR açıqlandı
14:09 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Beş ulduzlu obyektlərdə hər yerdə eksklüziv, lüks aksessuarlar, nəfis, yüksək keyfiyyətli və zərif materiallarla müşayiət olunan xüsusi dizayn, qüsursuz vəziyyətdə olan elektron avadanlıqlar olmalıdır.

 

APA-nın məlumatına görə, bu,Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının təsdiq etdiyi AZS 745-2015 “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi” dövlət standartında əksini tapıb.

 

Bu mehmanxanalarda beynəlxalq dəbdəbəli mehmanxana standartlarında təklif olunan arxitektura, qurğular, vasitələr, ətraf mühit və xidmətlərin mövcudluğu vacibdir. Bu kateqoriya üzrə əsas meyarlar aşağıdakılardır:

 

- 16 saat açıq (24 saat isə telefon vasitəsi ilə həm daxildən həmdə xaricdən girişi olan) qeyd- qəbul bölməsinin olması

- Oturacaqları və sərinləşdirici içki xidməti təklif edən lobbi, mehmanxana barı

- Səhər yeməyi bufeti və/ya otaq nömrəsi əsasında verilən səhər yeməyi kartı

- Kiçik bar və/ya 16 saat otağa sərinləşdirici içki xidməti

- Yumşaq kreslo/ yan masalı divan

- Tələbə görə hamam xələti və tərlik

- Kosmetik məhsullar (hamam papağı, dırnaq törpüsü, pambıq tampon), əl güzgüsü, hamam otağında böyük sini və isidici vasitələr.

- Mehmanxanada minimum 2 lüks nömrənin olması

- 24 saat açıq (24 saat isə telefon vasitəsi ilə həm daxildən həmdə xaricdən girişi olan) qeyd- qəbul bölməsinin olması, müxtəlif dillərdə danışan heyət;

- Parklama xidməti

- Qapıçı, qarşılayan şəxs

- Çox saylı oturacaqları və sərinləşdirici içkilər təklif edən geniş qəbul otağı

- Hər bir qonağın xüsusi olaraq güllərlə və/ya otaq daxilində hədiyyə ilə qarşılanması

- 24 saat otaqda kiçik bar və qidalanma eləcədə sərinləşdirici içkilər təklif edən xidmət

- Flakonlarda fərdi baxım məhsulları

- Otaqda internet şəbəkəsinin mövcudluğu

- Otaqda seyfin olması

- Ütüləmə xidməti (1 saata geri qaytarmaqla), ayaqqabı təmizləmə xidməti

- Axşam yataq hazırlığı/işıqların söndürülməsi xidməti

 

Dövlət standartına əsasən bir ulduzlu obyektlərdə isə sadə aksessuarlar, otaqda bir gecəlik qalmaq üçün nəzərdə tutulan lazımi ənənəvi vasitələr çox təmiz və qüsursuz vəziyyətdə olmalıdır. Bu kateqoriya üzrə əsas meyarlar isə aşağıdakılardır:

 

-   Bütün otaqlarda duş/tualet və ya vanna/tualetin olması

-  Nömrənin gündəlik təmizlənməsi

-  Bütün otaqlarda məsafədən idarəolunan televizorun olması

-   1 Masa və 1 stulun olması

- Əl-üz yuyanın eləcə də, əl-üz yuyanın üzərində müvafiq işıqlandırmanın, yanında isə sabunun olması

- Otaqlarda dəsmalın olması

- Qeyd-qəbul bölməsində ayrıca ərazinin mövcud olması

- Mehmanxanada qonaqlar üçün telefonun olması

- Geniş çeşidli səhər yeməyinin olması

- Mehmanxanada sərinləşdirici içkilərin təklif edilməsi

- Şəxsi əşyaların saxlanılması imkanları (qeyd-qəbul və ya digər mehmanxana bölməsində) mümkünlüyü.

 

Dövlət standartı dekabrın 24-dən qüvvəyə minib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR