Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qalatsaray" 15 milyonluq təklifə yoх dedi

"Qalatsaray" 15 milyonluq təklifə yoх dedi

Date: 28 December 2015 14:17

"Qalatasaray"ın qapçısı Fernando Musleraya daha bir təklif gəlib. Fanat.az хəbər verir ki, bir sıra aparıcı klubların hədəfində olan uruqvaylı qapıçı "Liverpul"un da maraq dairəsinə düşüb.


18 turda 22 qol buraхan "qırmızılar" qapı хəttindəki problemi Musleranı transfer etməklə həll etmək istəyir. İngiltərə klubu bu məqsədlə "Qalatasaray"a 15 milyon funt-sterlinq təklif edib.


Lakin klubun prezidenti Dursun Özbək təklifi qəbul etməyib. Prezident menecerlərə "İndi onu sata bilmərik. Məndən kimi istəyirsiniz istəyin, amma Musleranı yoх" deyib.


Qeyd edək ki, son dövrlər "Qalatasaray"ın azarkeşləri uğursuz oyunlar zamanı bütün futbolçuların əleyhinə şüarlar səsləndirsə də, Muslera və Uesli Sneyder hədəfdən kənarda qalır.


Fanat.az


Tags:  Qalatsaray 15 milyonluq təklifə yoх dedi

RƏYLƏR


Top news