“Azərbaycanın geosiyasəti”

“Azərbaycanın geosiyasəti”
14:33 28 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Yunus Oğuz

“Azərbaycanın geosiyasəti”

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Müasir dövrdə Xəzər hövzəsinin geoiqtisadi və geostrateji xarakteristikasına təsir göstərən ikinci əsas amil yeni alternativ marşrutların Rusiyadan yan keçməklə çəkilməsi, Şərq-Qərb əlaqələrinə yeni dəhliz imkanlarının yaranması və sairdir.

Üçüncü əsas amil, bu kəmərlərə konkret olaraq hansı ölkələrin necə yanaşması, onların hansı məqsəd güdməsi, məramının aydınlaşması- öz məhsullarını sərbəst şəkildə dünya bazarlarına çıxarmaq, satmaq, yoxsa kəmərlər üzərindəki üstünlük statusundan istifadə edərək qonşu dövlətlərə, yaxud da dünya dövlətlərinə geosiyasi təsir istəyinin olub-olmaması və sairdir.

Dördüncü əsas amil, mütəxəssislərin fikirlərinə görə, hövzənin bölgə və dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında iqtisadi, siyasi, geosiyasi maraqlarına birbaşa, yaxud dolayısı ilə təsir göstərməsi və burada oynaya biləcək rolla bağlıdır. Qeyd edək ki, Xəzər dənizi hövzəsindən keçən dəhlizlərin və marşrutların əhəmiyyəti, Qərbin neft-qaz tələbatına artan ehtiyacı fonunda, açığı desək, daha da artıb və bu planetar geosiyasətin və geoiqtisadiyyatın transmilli məsələlərindən birinə çevrilib.

Beşinci əsas amil kimi mütəxəssislər Xəzər hövzəsi və Orta Asiyada neft-qaz ehtiyatları ilə zəngin olan ölkələrin istehsal etdikləri strateji enerji resurslarını, əsasən xarici ölkələrə satış üçün nəzərdə tutmaları ilə bağlayırlar, çünki hasil edilən neftin və təbii qazın dünya bazarlarına çıxarılması, təhlükəsizlik marşrutlarının seçilməsi və digər məsələlər həm yerli enerji istehsal edən, həm tranzit ölkələr, həm də öz enerji təhlükəsizliyini bölgənin nefti və qazı ilə bağlayan istehlakçılar üçün strateji əhəmiyyət və transmilli mahiyyət kəsb edir.

Lakin, bütün sadalanan amillər təkcə kağız yazılan və bunun üzərində qalan sıradan bir fikirlər deyil. Yazılan fikirlər uğrunda uzun illər mübarizələr, diplomatik çəkişmələr baş verib, hətta bəzən konfliktlər də yaranıb. Hər çəkiləcək yeni marşrut xətti, yaxud müəyyən ediləcək dəhliz uğrunda kəskin fikir mübadilələri getməklə yanaşı, təhdidlərin də olması, tərəf müqabilinin bu ideyadan əl çəkdirilməsi cəhdləri də olub. Məsələn, yuxarıda yazdığımızın təsdiqi kimi Əli Həsənov yazır: “Rusiya Azərbaycanın Xəzər dənizində çıxardığı neft və qaz resurslarını Bakı-Novorossiysk istiqamətinə yönəldərək, bir tərəfdən onların ixracından gələn tranzit haqlarına şərik çıxmaq, digər tərəfdən isə Azərbaycanın Qərblə enerji əlaqələrini öz əlində saxlamaq istəyirdi...” (Bax. s. 621)
yaxud “... həmin dövrdə Azərbaycan tərəfinin ciddi səyi və iqtisadi güzəştlərə getməsi ilə Rusiya dairələrinin aqressiv mövqeyini bir qədər yumşaltmaq mümkün oldu. Rusiyanın tranzit və geoisyais maraqlarını təmin etmək məqsədilə, “Bakı-Novorossyisk kəmərinin yenidən istifadəsi”ilə saziş bağlandı. Bakı-Novorossiysk kəməri o dövrdə Azərbaycana qətiyyən lazım deyildi və onun tranzit şərtləri nə onu, nə də ki, Xəzərdə birgə iş apardığı digər tərəfdaşları qane etmirdi...” (Bax. s. 621-622)

Ancaq, Azərbaycan tərəfi geosiyasi təzyiqlərə məruz qalmamaq, digər bir layihə üzərində (Bakı-Ceyhan) çalışan və həyata keçirən tərəfdaşlarını da həyəcanlandırmamaq üçün bu sazişə imza atdı, amma özünü istədiyi şərtlər çərçivəsində. “... Əlbəttə, Azərbaycan bu şərtləri qəbul edib öz geosiyasi maraqlarını asanlıqla güzəştə gedə bilməzdi. Çünki həmin dövrdə nə Rusiyanın müəyyən etdiyi tarif sərfəli deyildi, nə də ki, Azərbaycanın Novorossiysk kəmərinə istiqamətləndirici əlavə ixrac nefti (15 illik müddətinə, ildə 10 milyon ton- kursiv Y. O.) yox idi. Odur ki, Azərbaycan tərəfi bütün əsas amilləri və mövcud şəraiti nəzərə alaraq, bu ölkə ilə kompromis xarakterli bir saziş imzalamağa razılıq verdi. Sazişdə, Rusiyanın təkidlə tələb etdiyi “ixrac ediləcək neftin miqdarı və 15 illik müddət” formulu dəyişdirərək “illik 5 milyon tona qədər olmaqla və uzunmüddətli istifadə” ifadəsi ilə əvəz etdi. Beləliklə, bəzi Orta Asiya dövlətlərindən fərqli olaraq Azərbaycan Rusiya ilə gərginləşən geosiyasi və geoiqtisadi münasibətlərini öz üzərinə hər hansı ciddi və öhdəlik götürmədən və əl-qolunu bağlamadan yoluna qoya bildi”. (Bax. s. 622-623)

Həm də nəzərə alaq ki, bu marşrutun daşınmasında qiymət tariflərinin çox baha (Bakı-Novorossiysk tranzit haqqı hər tona 15,67 ABŞ dolları və Qara dənizdən Aralıq dənizinə daşınma haqqı hər tona təxminən 4 ABŞ dolları təşkil edirdi. Həmin dövrdə neftin dünya bazarlarındakı qiyməti isə 30 ABŞ dolları olduğunu nəzərə alsaq, marşrutun Azərbaycan tərəfi üçün səmərəsiz olduğuna heç bir şübhə qalmır) olması ilə yanaşı, Şimali Qafqazda stabilliyin olmaması, Çeçenistanda müharibənin olması, Qara dənizin İstanbul boğazlarının buraxılış gücünün zəifliyini də nəzərə alsaq görərik ki, təkcə bir marşrut xətti uğrunda hansı ağrı və acılardan keçib. Əlbəttə indi oturub sərbəst yazmaq, kimlərisə mühakimə etmək, ritorik sualları sual ardınca vermək daha asandır. Belə deyək ki, o dövrdə Azərbaycan tərəfinin hətta bir marşrut üzərində ciddi-cəhdlə çabalaması, bəzən onun müstəqilliyinə və milli təhlükəsizliyinə təhlükə və təhdid gəlsə belə geri çəkilmirdi. Elə bilirsiniz Heydər Əliyev bu şüarı göydən götürmüşdü: “Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!” Xeyr, müstəqilliyimizə təhlükə yaratmaq istəyən tərəflərə bir ismarıc idi, yəni “sənin nə etməndən asılı olmayaraq, mən müstəqillik kursundan dönməyəcəyəm”. Bax, belə çətin vəziyyətlərimiz olub, evimizdə rahat yatdığımız vaxtda, heç xəbərimiz olmayıb ki, axı bu rahatlığımız pozula bilər”.

Xəzər hövzəsi və Orta Asiyanın karbohidrogen məhsullarının Avropaya, həmçinin dünya bazarlarına ötürülməsi, yəni ixracı ilə bağlı Azərbaycan tərəfi o dövr üçün unikal bir layihə irəli sürdü və bu layihə əhəmiyyətini və aktuallığını zaman keçdikcə hələ də itirmir. Müəllif qeyd edir ki, bu layihənin əsasında Xəzər dənizi ilə dünyanın enerji bazarlarını və regionun əsas enerji iştirakçılarını birləşdirəcək çoxvariantlı yeni enerji dəhlizləri və ixrac kəmərlərinin çəkilməsi təşəbbüsü dayanmışdı. Bu istiqamətdə Azərbaycanın təklif etdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri idi.

Məlum səbəbdən, yəni geosiyasi, geoiqtisadi maraqlara söykənən Rusiya və İrandan başqa bütün region ölkələri- Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkmənistan, dünyanın aparıcı dövlətləri- ABŞ, Avropa Birliyi və s. ölkələr dəstəkləyirdi. Yeni dəhliz və kəmərlər vasitəsilə Xəzər dənizi və Orta Asiyanın gələcəkdə hasil ediləcək və Rusiyanın Novorossiyskdəki Qara dəniz limanı və İstanbul boğazlarının imkanlarına qətiyyən sığmayan on milyonlarla ton neft və milyardlarla kub metr qazın Avropa və dünya bazarlarına daşınması nəzərdə tutulurdu.

Lakin, Orta Asiyadan bu marşrutlar üzrə ixrac ediləcək karbohidrogen ehtiaylarının əsas oyunçuları olan Qazaxıstan, xüsusi ilə də Türkmənistanda geosiyasi və geoiqtisadi problemlər yaşanırdı. Qazaxıstan bu problemləri qismən həll edərək bu layihələrə qoşulsa da, Türkmənistan haqqında bunu deməyə çətinlik çəkirik, çünki adını çəkdiyimiz sonuncu dövlətin geosiyasi və geoiqtisadi bu baxımdan o qədər zəif və Rusiyadan asılı idi ki, (baxmayaraq o zamankı sabiq prezident S. Niyazov bir neçə dəfə cəhd etsə də Rusiya tərəfindən bunun qarşısı alınır, hətta Türkiyə ilə 1996-cı ildə imzaladığı müqavilədən imtina etməli olur.

İldə 10 milyard kub qaz ixrac ediləcəyi nəzərdə tutulan müqavilə pozulur və nəticədə Türkiyə tərəfi həmin bu qazı Rusiyadan iki qat baha qiymətinə alır.) S. Niyazov Rusiya ilə qarşıdurma yaranmasın deyə öz ölkəsinin xaricə alternativ ixrac marşrutları planını pozdu, eyni zamanda “Türkmənistanın bütün ixrac qazının 50 il müddətinə, hər bir min kubmetri 42 ABŞ dolları olmaqla Rusiyaya satılması haqqında” müqavilə imzaladı, bununla da Türkmənistan tərəfi müəyyən müddətə qaz ixracı sahəsində bütün xarici iqtisadi əlaqələrini dayandırdı.
Ardı var

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda axtarışda olan şəxslər tutuldu

27 İyun 2017 13:05

Moskvada erməni iş adamı güllələndi

27 İyun 2017 13:05

Sabah hava necə olacaq?

27 İyun 2017 13:03

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27 İyun 2017 13:02

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

27 İyun 2017 12:59

"Atam bunu gördü və əsəbləşdi" - Məlahət Abbasova - VİDEO - FOTO

27 İyun 2017 12:57

Bədii gimnastika üzrə Gəncə açıq birinciliyi başa çatıb (FOTO)

27 İyun 2017 12:55

Ötən gündə 3 qəza - 2 ölü, 7 yaralı

27 İyun 2017 12:55

Müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 12:54

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar - DƏHŞƏTLİ HADİSƏ - VİDEO

27 İyun 2017 12:53

Nailə Mirməmmədli: "Xalqın zövqü yoxdur..."

27 İyun 2017 12:53

Arıqlamaq istəyənlər üçün

27 İyun 2017 12:50

Qəndab Quliyeva ilə vida mərasimi keçirilir

27 İyun 2017 12:49

Portuqaliya polisindən turistlərə qarşı vəhşilik - VİDEO

27 İyun 2017 12:47

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü

27 İyun 2017 12:45

İmişli sakini Arazda boğuldu

27 İyun 2017 12:44

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub (FOTO)

27 İyun 2017 12:43

Bərdədə sərxoş şəxs körpüdən yıxıldı

27 İyun 2017 12:43

Bakı sakininin evindən qızıl oğurlamış şəxs saxlanılıb

27 İyun 2017 12:42

Sabirabadda faciə: təmir işi apararkən öldü

27 İyun 2017 12:39

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTOLAR

27 İyun 2017 12:38

Sabahın HAVAsı

27 İyun 2017 12:37

Bakıda qadının telefonunu oğurlayan şəxs saxlanılıb

27 İyun 2017 12:37

İradənin Ramazan süfrəsində rakı, yoxsa ayran? - Tənqid olunan FOTO

27 İyun 2017 12:37

Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub

27 İyun 2017 12:36

Arvad 30 illik ərini öldürdü - Qəribə səbəb - FOTO

27 İyun 2017 12:32

İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

27 İyun 2017 12:31

Çin-Hindistan sərhədində GƏRGİNLİK

27 İyun 2017 12:27

Sabah 38 dərəcə isti olacaq

27 İyun 2017 12:25

Temperatur 38 dərəcəyə çatacaq - SABAH

27 İyun 2017 12:24

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

27 İyun 2017 12:22

Sabah paytaxtda 34, bölgələrdə 38 dərəcə isti olacaq

27 İyun 2017 12:22

Azərbaycanlı müğənninin yediyi sosiskadan milçək çıxdı - FOTO

27 İyun 2017 12:22

Mourinyo atasının yas mərasimində - FOTO

27 İyun 2017 12:17

Ajda Pekkan 72 yaşında dodaqlarını böyütdü

27 İyun 2017 12:14

Model Leylanın ölümündə təqsirləndirilən həkimdən AÇIQLAMA: "Günahım yoxdur"

27 İyun 2017 12:12

Məşhur filmin treyleri yayımlandı: Baş rolda Nik Betmen

27 İyun 2017 12:08

​Ukraynada güclü partlayış

27 İyun 2017 12:07

Beyons və yeni doğulan əkizləri xəstəxanadan çıxdı

27 İyun 2017 12:05

Azərbaycan nefti bahalaşdı

27 İyun 2017 11:57

100 milyonluq transfer

27 İyun 2017 11:57

​Avropa Şurasından Türkiyə

27 İyun 2017 11:56

Qazaxıstan fitosanitar nəzarəti keçə bilməyən 80 tondan çox kartofu Azərbaycana qaytarıb

27 İyun 2017 11:52

"Mançester Siti"nin futbolçusu evləndi

27 İyun 2017 11:52

Xalq artisti ilə vida mərasimi keçirilir - FOTO

27 İyun 2017 11:49

Şimali Koreyadan qaçmaq istəyən qadını görün nə hala saldılar - VİDEO

27 İyun 2017 11:48

Türkiyədə kirayə sığortasının tətbiqinə başlanılıb

27 İyun 2017 11:47

"İnter" Serbiyaya getdi - FOTO

27 İyun 2017 11:47

Azərbaycan nefti bahalaşıb

27 İyun 2017 11:47

Dünyaca məşhur türk jurnalist ölən azərbaycanlı modeldən yazdı - FOTO

27 İyun 2017 11:47