Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ƏƏSMN tərəfindən 15 minə yaxın şəxs sosial xidmətlərlə təmin olunur

ƏƏSMN tərəfindən 15 minə yaxın şəxs sosial xidmətlərlə təmin olunur

Date: 28 December 2015 14:38

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq respublika üzrə hazırda 15 min nəfərə yaxın şəxs səyyar və stasionar şəkildə sosial xidmətlərlə təmin olunur.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nazirliyin sosial xidmət müəssisələrində 1060 nəfər tam dövlət təminatında yaşayır ki, onlardan 330 nəfərdən çoxu sağlamlıq imkanları məhdud uşaqlardır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə həmin müəssisələrin bir çoxunda müasir tələblərə uyğun şərait yaradılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir.

Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə sağlamlıq imkanları məhdud uşaqların yaşadığı 1 və 2 saylı Sosial Xidmət Müəssisələrində uşaqların normal həyatı, rahatlığı, reabilitasiyası üçün nümunəvi şərait yaradılıb. Dövlət himayəsində yaşayanların hərtərəfli qayğı ilə təminatının gücləndirilməsi üçün məqsədyönlü işlər aparılmaqla, onların reabilitasiya tədbirlərinə cəlb olunmasına da diqqət yetirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tərəfindən 12 350 nəfər tənha ahıl və əlilliyi olan şəxs isə evlərində səyyar formada sosial-məişət xidmətləri ilə təmin edilirlər. Eyni zamanda nazirliyin sosial sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi müvafiq layihələr çərçivəsində 1500 nəfərdən çox ehtiyacı olan uşağa, eləcə də onların ailələrinə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Hazırda sosial xidmətlər sistemində qanunvericiliyin, institusional və praktiki iş mexanizmlərinin daha da təkmilləşdirilməsi, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu məqsədlə müvafiq Tvinninq layihəsi üzrə mütərəqqi dünya təcrübəsinin öyrənilməsi istiqamətində işlər aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  ƏƏSMN tərəfindən 15 minə yaxın şəxs sosial xidmətlərlə təmin olunur

RƏYLƏR


Top news