Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Misir mətbuatı Azərbaycan yazıçısı haqqında

Date: 28 December 2015 14:38


Bakı, 28 dekabr, AZƏRTAC 
Qahirədə nəşr olunan nüfuzlu “Ruzəl Yusif” qəzetində Azərbaycan yazıçısı Vaqif Sultanlının “İnsan dənizi” romanı haqqında geniş məqalə dərc edilib.
Bakıdakı Misir Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan ədəbiyyatından: “İnsan dənizi” adlanan məqalənin müəllifi Misirin tanınmış yazıçı və jurnalisti, həmçinin Azərbaycan və Orta Asiya haqqında bir çox araşdırmaların müəllifi Əhməd Əbdu Tarabidir.
Misirin Milli Tərcümə Mərkəzinin azərbaycanşünas alim Əhməd Sami əl-Aydinin tərcüməsində bu ilin əvvəllərində nəşr etdiyi Vaqif Sultanlının bəhs olunan romanı məqalədə əhatəli şəkildə təhlil olunub, əsərin mövzu, ideya-problem və bədii sənətkarlıq xüsusiyyətləri səciyyələndirilib. Tədqiqatçı romanda müəllifin özgələşmə, tənhalıq, ölüm və s. kimi məsələlərin psixoloji müstəvidə məharətlə canlandırılmasına diqqəti çəkib.
Məqalədə, eyni zamanda Vaqif Sultanlının bioqrafiyası və yaradıcılığı, həmçinin tərcüməçi haqqında məlumat verilib.

Tags:  Misir mətbuatı Azərbaycan yazıçısı haqqında


RƏYLƏR


Top news