Ronaldu və Buffon Messiyə məğlub oldu (FOTO)

Ronaldu və Buffon Messiyə məğlub oldu (FOTO)
14:41 28 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” klubunun hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib.

ANS PRESS-in məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində Avropa Klublar Assosiasiyasının (ECA) versiyasına əsasən 2015-ci ilin ən yaxşı futbolçularının mükafatlandırılma mərasimi keçirilib.

Messi “Yuventus”un qapıçısı Canluidci Buffonu və əzəli rəqibi “Real Madrid”in hücumçusu Kriştianu Ronaldunu qabaqlayıb. 2015-ci ildə argentinalı 5 kubok qazanıb. O, Ispaniya çempionu, İspaniya kuboku, UEFA-nın super kubokunu, Çempionlar liqasını və klublar arası dünya çempionatını qazanıb.

Avropanın ən yaxşı komandası “Barselona” seçilib. Belçika yığmasının baş məşqçisi Mark Vilmots ilin yaxşısı seçilib.


Belçikanın baş məşqçisi Mark Vilmots



İlin agenti: Jorje Mendeş
İlin hakimi: Rövşən İrmatov (Özbəkistan)
İlin klub prezidenti: Xosep Bartameu ("Barselona")
İlin futbol akademiyası: “Benfika”


Lionel Messi mükafat alan zamanı

Bir müddət əvvəl FİFA "Qızıl top" mükafatı uğrunda son 3 namizədin adını açıqlayıb. Namizədlər portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo, "Barselona" və Argentina millisinin lideri Lionel Messi və braziliyalı Neymardır. Mərasim 11 yanvarda İsveçrənin Surix şəhərində olacaq.

Bir müddət əvvəl Madridin "Marca" nəşriyyatı Messini ilin ən yaxşı futbolçu seçib.

Həmçinin oxuyun: İlin ən yaxşı futbolçusu seçildi (FOTO)

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR