Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bakı bulvarında attraksionalar 3 saatlıq ödənişsiz uşaqların ixtiyarında olub

​Bakı bulvarında attraksionalar 3 saatlıq ödənişsiz uşaqların ixtiyarında olub

Date: 28 December 2015 14:42

Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Dənizkənarı Milli Parkda 15 yaşınadək olan uşaqlar üçün attraksionlardan pulsuz istifadə aksiyası keçirilib.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "Report"a bildirib ki, aksiya yüksək səviyyədə baş tutub: "Aksiyaya minlərlə insan qatıldı. Bulvar ərazisində olan bütün attraksionlar, karusel, qatar, gəmilər saat 10:00-dan 13:00-dək uşaqların ixtiyarında oldu".
N.Məcidov onu da bildirib ki, aksiya ərzində heç bir problem yaşanmayıb və sakinlər razı qalıb.
Hələ ki, növbəti aksiyanın nə zaman keçiriləcəyi açıqlanmayıb.

Tags:  Bakı bulvarında attraksionalar saatlıq ödənişsiz uşaqların ixtiyarında olub

RƏYLƏR


Top news