"Azərbaycanın geosiyasəti"

"Azərbaycanın geosiyasəti"
14:52 28 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Əvvəli burada

Müasir dövrdə Xəzər hövzəsinin geoiqtisadi və geostrateji xarakteristikasına təsir göstərən ikinci əsas amil yeni alternativ marşrutların Rusiyadan yan keçməklə çəkilməsi, Şərq-Qərb əlaqələrinə yeni dəhliz imkanlarının yaranması və sairdir.

Üçüncü əsas amil, bu kəmərlərə konkret olaraq hansı ölkələrin necə yanaşması, onların hansı məqsəd güdməsi, məramının aydınlaşması- öz məhsullarını sərbəst şəkildə dünya bazarlarına çıxarmaq, satmaq, yoxsa kəmərlər üzərindəki üstünlük statusundan istifadə edərək qonşu dövlətlərə, yaxud da dünya dövlətlərinə geosiyasi təsir istəyinin olub-olmaması və sairdir.

Dördüncü əsas amil, mütəxəssislərin fikirlərinə görə, hövzənin bölgə və dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında iqtisadi, siyasi, geosiyasi maraqlarına birbaşa, yaxud dolayısı ilə təsir göstərməsi və burada oynaya biləcək rolla bağlıdır. Qeyd edək ki, Xəzər dənizi hövzəsindən keçən dəhlizlərin və marşrutların əhəmiyyəti, Qərbin neft-qaz tələbatına artan ehtiyacı fonunda, açığı desək, daha da artıb və bu planetar geosiyasətin və geoiqtisadiyyatın transmilli məsələlərindən birinə çevrilib.

Beşinci əsas amil kimi mütəxəssislər Xəzər hövzəsi və Orta Asiyada neft-qaz ehtiyatları ilə zəngin olan ölkələrin istehsal etdikləri strateji enerji resurslarını, əsasən xarici ölkələrə satış üçün nəzərdə tutmaları ilə bağlayırlar, çünki hasil edilən neftin və təbii qazın dünya bazarlarına çıxarılması, təhlükəsizlik marşrutlarının seçilməsi və digər məsələlər həm yerli enerji istehsal edən, həm tranzit ölkələr, həm də öz enerji təhlükəsizliyini bölgənin nefti və qazı ilə bağlayan istehlakçılar üçün strateji əhəmiyyət və transmilli mahiyyət kəsb edir.

Lakin, bütün sadalanan amillər təkcə kağız yazılan və bunun üzərində qalan sıradan bir fikirlər deyil. Yazılan fikirlər uğrunda uzun illər mübarizələr, diplomatik çəkişmələr baş verib, hətta bəzən konfliktlər də yaranıb. Hər çəkiləcək yeni marşrut xətti, yaxud müəyyən ediləcək dəhliz uğrunda kəskin fikir mübadilələri getməklə yanaşı, təhdidlərin də olması, tərəf müqabilinin bu ideyadan əl çəkdirilməsi cəhdləri də olub. Məsələn, yuxarıda yazdığımızın təsdiqi kimi Əli Həsənov yazır: "Rusiya Azərbaycanın Xəzər dənizində çıxardığı neft və qaz resurslarını Bakı-Novorossiysk istiqamətinə yönəldərək, bir tərəfdən onların ixracından gələn tranzit haqlarına şərik çıxmaq, digər tərəfdən isə Azərbaycanın Qərblə enerji əlaqələrini öz əlində saxlamaq istəyirdi..." (Bax. s. 621)

yaxud

"... həmin dövrdə Azərbaycan tərəfinin ciddi səyi və iqtisadi güzəştlərə getməsi ilə Rusiya dairələrinin aqressiv mövqeyini bir qədər yumşaltmaq mümkün oldu. Rusiyanın tranzit və geoisyais maraqlarını təmin etmək məqsədilə, "Bakı-Novorossyisk kəmərinin yenidən istifadəsi"ilə saziş bağlandı. Bakı-Novorossiysk kəməri o dövrdə Azərbaycana qətiyyən lazım deyildi və onun tranzit şərtləri nə onu, nə də ki, Xəzərdə birgə iş apardığı digər tərəfdaşları qane etmirdi..." (Bax. s. 621-622)

Ancaq, Azərbaycan tərəfi geosiyasi təzyiqlərə məruz qalmamaq, digər bir layihə üzərində (Bakı-Ceyhan) çalışan və həyata keçirən tərəfdaşlarını da həyəcanlandırmamaq üçün bu sazişə imza atdı, amma özünü istədiyi şərtlər çərçivəsində. "... Əlbəttə, Azərbaycan bu şərtləri qəbul edib  öz geosiyasi maraqlarını asanlıqla güzəştə gedə bilməzdi. Çünki həmin dövrdə nə Rusiyanın müəyyən etdiyi tarif sərfəli deyildi, nə də ki, Azərbaycanın Novorossiysk kəmərinə istiqamətləndirici əlavə ixrac nefti (15 illik müddətinə, ildə 10 milyon ton- kursiv Y. O.) yox idi. Odur ki, Azərbaycan tərəfi bütün əsas amilləri və mövcud şəraiti nəzərə alaraq, bu ölkə ilə kompromis xarakterli bir saziş imzalamağa razılıq verdi. Sazişdə, Rusiyanın təkidlə tələb etdiyi "ixrac ediləcək neftin miqdarı və 15 illik müddət" formulu dəyişdirərək "illik 5 milyon tona qədər olmaqla və uzunmüddətli istifadə" ifadəsi ilə əvəz etdi. Beləliklə, bəzi Orta Asiya dövlətlərindən fərqli olaraq Azərbaycan Rusiya ilə gərginləşən geosiyasi və geoiqtisadi münasibətlərini öz üzərinə hər hansı ciddi və öhdəlik götürmədən və əl-qolunu bağlamadan yoluna qoya bildi". (Bax. s. 622-623)

Həm də nəzərə alaq ki, bu marşrutun daşınmasında qiymət tariflərinin çox baha (Bakı-Novorossiysk tranzit haqqı hər tona 15,67 ABŞ dolları və Qara dənizdən Aralıq dənizinə daşınma haqqı hər tona təxminən 4 ABŞ dolları təşkil edirdi. Həmin dövrdə neftin dünya bazarlarındakı qiyməti isə 30 ABŞ dolları olduğunu nəzərə alsaq, marşrutun Azərbaycan tərəfi üçün səmərəsiz olduğuna heç bir şübhə qalmır) olması ilə yanaşı, Şimali Qafqazda stabilliyin olmaması, Çeçenistanda müharibənin olması, Qara dənizin İstanbul boğazlarının buraxılış gücünün zəifliyini də nəzərə alsaq görərik ki, təkcə bir marşrut xətti uğrunda hansı ağrı və acılardan keçib. Əlbəttə indi oturub sərbəst yazmaq, kimlərisə mühakimə etmək, ritorik sualları sual ardınca vermək daha asandır. Belə deyək ki, o dövrdə Azərbaycan tərəfinin hətta bir marşrut üzərində ciddi-cəhdlə çabalaması, bəzən onun müstəqilliyinə və milli təhlükəsizliyinə təhlükə və təhdid gəlsə belə geri çəkilmirdi. Elə bilirsiniz Heydər Əliyev bu şüarı göydən götürmüşdü: "Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!" Xeyr, müstəqilliyimizə təhlükə yaratmaq istəyən tərəflərə bir ismarıc idi, yəni "sənin nə etməndən asılı olmayaraq, mən müstəqillik kursundan dönməyəcəyəm". Bax, belə çətin vəziyyətlərimiz olub, evimizdə rahat yatdığımız vaxtda, heç xəbərimiz olmayıb ki, axı bu rahatlığımız pozula bilər". 

Xəzər hövzəsi və Orta Asiyanın karbohidrogen məhsullarının Avropaya, həmçinin dünya bazarlarına ötürülməsi, yəni ixracı ilə bağlı Azərbaycan tərəfi o dövr üçün unikal bir layihə irəli sürdü və bu layihə əhəmiyyətini və aktuallığını zaman keçdikcə hələ də itirmir. Müəllif qeyd edir ki, bu layihənin əsasında Xəzər dənizi ilə dünyanın enerji bazarlarını və regionun əsas enerji iştirakçılarını birləşdirəcək çoxvariantlı yeni enerji dəhlizləri və ixrac kəmərlərinin çəkilməsi təşəbbüsü dayanmışdı. Bu istiqamətdə Azərbaycanın təklif etdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri idi. Məlum səbəbdən, yəni geosiyasi, geoiqtisadi maraqlara söykənən Rusiya və İrandan başqa bütün region ölkələri- Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkmənistan, dünyanın aparıcı dövlətləri- ABŞ, Avropa Birliyi və s. ölkələr dəstəkləyirdi. Yeni dəhliz və kəmərlər vasitəsilə Xəzər dənizi və Orta Asiyanın gələcəkdə hasil ediləcək və Rusiyanın Novorossiyskdəki Qara dəniz limanı və İstanbul boğazlarının imkanlarına qətiyyən sığmayan on milyonlarla ton neft və milyardlarla kub metr qazın Avropa və dünya bazarlarına daşınması nəzərdə tutulurdu.

Lakin, Orta Asiyadan bu marşrutlar üzrə ixrac ediləcək karbohidrogen ehtiaylarının əsas oyunçuları olan Qazaxıstan, xüsusi ilə də Türkmənistanda geosiyasi və geoiqtisadi problemlər yaşanırdı. Qazaxıstan bu problemləri qismən həll edərək bu layihələrə qoşulsa da, Türkmənistan haqqında bunu deməyə çətinlik çəkirik, çünki adını çəkdiyimiz sonuncu dövlətin geosiyasi və geoiqtisadi bu baxımdan o qədər zəif və Rusiyadan asılı idi ki, (baxmayaraq o zamankı sabiq prezident S. Niyazov bir neçə dəfə cəhd etsə də Rusiya tərəfindən bunun qarşısı alınır, hətta Türkiyə ilə 1996-cı ildə imzaladığı müqavilədən imtina etməli olur. İldə 10 milyard kub qaz ixrac ediləcəyi nəzərdə tutulan müqavilə pozulur və nəticədə Türkiyə tərəfi həmin bu qazı Rusiyadan iki  qat baha qiymətinə alır.) S. Niyazov Rusiya ilə qarşıdurma yaranmasın deyə öz ölkəsinin xaricə alternativ ixrac marşrutları planını pozdu, eyni zamanda "Türkmənistanın bütün ixrac qazının 50 il müddətinə, hər bir min kubmetri 42 ABŞ dolları olmaqla Rusiyaya satılması haqqında" müqavilə imzaladı, bununla da Türkmənistan tərəfi müəyyən müddətə qaz ixracı sahəsində bütün xarici iqtisadi əlaqələrini dayandırdı.

Ardı var

Yunus Oğuz

Olaylar.az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Sabiq milyonçu 20 ildir kimsəsiz adada tək yaşayır - VİDEO

23 İyun 2017 07:37

IX və XI sinif şagirdləri imtahan verir

23 İyun 2017 07:34

Bu gün Formula 1 üzrə Azərbaycan Qran Prisi start görürəcək

23 İyun 2017 07:32

Kömür və qrafitlə çəkilən əsərlər - FOTO

23 İyun 2017 07:32

​Dünyanın ən gözəl ördəyi – Mandarinka

23 İyun 2017 07:30

Ayaqlarına görə iş tapa bilməyən model

23 İyun 2017 07:24

Bu qadın qocalmır - FOTO

23 İyun 2017 07:22

Cənubi Koreya sabiq prezidentinin rəfiqəsi 3 il müddətinə həbs edilib

23 İyun 2017 07:17

"Mənə niyə bu cür yanaşırlar?"

23 İyun 2017 07:17

Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

23 İyun 2017 07:15

İlanı burnundan salıb ağzından çıxartdı - DƏHŞƏTLİ VİDEO

23 İyun 2017 07:13

Bu universitetdə qızlar və oğlanlar eyni tualetdən istifadə edir - FOTO

23 İyun 2017 07:12

Evdə kartof çipsi bişirməyin QAYDASI

23 İyun 2017 07:05

Ərəb ölkələri Qətərdən İranla əlaqələri kəsməyi və Türkiyə bazasını bağlamağı tələb edir

23 İyun 2017 06:47

Yataqda tərəf müqabilinizi TANIYIN - 10 maraqlı seksual FAKT - FOTOLAR

23 İyun 2017 06:38

Qvatemalada 6,8 bal gücündə zəlzələ olub: 4 yaralı

23 İyun 2017 06:36

Unikal hərəkətlər edən uşaqlar - FOTO

23 İyun 2017 06:32

Telman İsmaylovun ABŞ-dakı obyektinə həbs qoyuldu

23 İyun 2017 06:24

"Liverpul" 42 milyon avroya Məhəmməd Salahı alıb

23 İyun 2017 06:15

​Qum necə yaranır?

23 İyun 2017 06:10

Telefonlar sidiklə enerji yığacaq - ŞOK KƏŞF - FOTO

23 İyun 2017 06:08

Ərəb ölkələrinin tələbi Qətərə təqdim olunub

23 İyun 2017 05:57

Ronaldu 14,7 mln. avro vergi ödəmək istəmir

23 İyun 2017 05:49

Bakıda qadın küçədə naməlum şəxslər tərəfindən döyüldü

23 İyun 2017 05:33

Ön planda qadın dodaqlarıdır - FOTO

23 İyun 2017 05:32

Ulduz futbolçuya 8 oyunluq cəza

23 İyun 2017 05:24

İspaniya sahillərində sutka ərzində 400-dən artıq miqrant xilas edilib

23 İyun 2017 05:22

Qaraçuxurda gənc qız bıçaqlandı

23 İyun 2017 05:08

​Tülkülər barəsində bildiklərimiz və bilmədiklərimiz

23 İyun 2017 05:05

Rusiya və Türkiyə hərbçiləri İdlibə nəzarət edəcək

23 İyun 2017 05:04

Bakıda intihara cəhd hadisəsi baş verib

23 İyun 2017 05:02

Pirallahıda yük maşını yaşlı qadını vurdu

23 İyun 2017 04:43

Məşhur brendlərin fərqli görüntüləri - FOTO

23 İyun 2017 04:32

Şimali Koreya yenə raket buraxdı

23 İyun 2017 04:23

Əri tərəfindən döyülən qadın kəllə-beyin travması alıb -

23 İyun 2017 04:15

Moskva və Vaşinqton yeni sanksiyaları müzakirə etdi

23 İyun 2017 04:14

Benzinin əvəzləyicisi tapıldı

23 İyun 2017 04:09

Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb

23 İyun 2017 04:07

BMT-dən qeyri-adi hesabat:

23 İyun 2017 03:53

QHT-lərə Dövlət Dəstəyi Şurası Balakən və Zaqatalada seminar keçirib (FOTO)

23 İyun 2017 03:50

Xaçmaz sakinlərinin su problemi - Heyvanlarla insanlar eyni yerdən su içir - FOTO/VİDEO

23 İyun 2017 03:48

Rəssam yumurtlayan toyuq oldu - FOTO

23 İyun 2017 03:32

Mayk Pens: Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb

23 İyun 2017 03:29

Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

23 İyun 2017 03:14

Qadını TIR vurdu

23 İyun 2017 02:39

Astroloji proqnoz -

23 İyun 2017 02:33

Gecənin kulrnar vəhşəti - FOTO

23 İyun 2017 02:32

Bakıda işdən evə qayıdan qadın küçədə naməlum şəxslər tərəfindən döyülüb

23 İyun 2017 02:22

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 02:22

Pirallahıda yük maşını yaşlı qadını vurub

23 İyun 2017 02:12