Böyük Britaniya: ordu daşqınlara qarşı

Böyük Britaniya: ordu daşqınlara qarşı
15:03 28 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 28 dekabr, AZƏRTAC
Böyük Britaniya hökuməti İngiltərənin şimal-qərbində baş verən dağıdıcı daşqınların nəticələrini aradan qaldırmaq üçün bölgəyə yeni hərbi hissələr göndərir. Bir qədər əvvəl Yorkşir qraflığında xilasetmə işlərinə yüzlərlə hərbçi cəlb edilsə də, bu, yetərli olmayıb.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, dekabrın 27-də axşam Baş nazir Devid Kemeron yaranmış vəziyyətlə bağlı kabinetin təcili iclasını keçirib. Hökumət təbii fəlakətin miqyasının onları pis vəziyyətdə qoyduğunu etiraf edib.
Hazirda Lankaşır, Şimali və Qərbi Yorkşir qraflıqlarını böyük təhlükə gözləyir. Meteoroloji xidmət yarana biləcək daha gərgin vəziyyət barədə mütəmadi xəbərdarlıqlar edir.
Hökumət təbii fəlakətin ölkəyə 1 milyard funt-sterlinqdən çox zərər vurduğunu hesablayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_Britaniya_ordu_dasqinlara_qarsi-914916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR