Abdullah Güldən İlham Əliyevə ad günü təbriki

Abdullah Güldən İlham Əliyevə ad günü təbriki
15:14 28 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül prezident  İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, təbrikdə deyilir:

 

"Cənab Prezident, əziz qardaşım,

Regionumuzun və dünyamızın yaşamaqda olduğu siyasi, iqtisadi və insani böhrana baxmayaraq, dost və qardaş Azərbaycanın Zati-alinizin müdrik liderliyi sayəsində sabitliyini və rifahını davam etdirəcəyinə bütün varlığımla inanıram.

Gücünü xalqlarımız arasındakı qədim qardaşlıq tellərindən alan münasibətlərimizin ölkələrimizin güclü əməkdaşlıq və həmrəylik ruhu sayəsində hər ötən gün daha da gücləndiyini məmnunluq hissi ilə müşahidə edirəm.

Gələcək nəsillərin ümumi mənafeyinə xidmət edəcəyinə səmimiyyətlə inandığım əlaqələrimizin qüvvətlənməyə davam etməsi ən böyük arzumdur. Dövlət və siyasət həyatımın hər dövründə olduğu kimi, gələcəkdə də bu istiqamətdəki təşəbbüslərimi davam etdirəcəyimi bir daha təsdiq etmək istəyirəm.

Fürsətdən istifadə edərək, Zati-aliləri əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlıq və rifahının davam etməsi üçün ən gözəl diləklərimi ifadə edirəm".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226860

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR