Dollar şimalda turizmi yıxdı

Dollar şimalda turizmi yıxdı
15:26 28 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il gecəsi və bayram günlərini evdən kənarda keçirmək istəyən həmyerlilərimiz xarici ölkələrlə yanaşı Azərbaycanın bölgələrini də seçirlər.

ANS PRESS-in məlumatına görə, ölkənin şimalında yerləşən və yay aylarında kifayət gədər turist cəlb edən Nabran qışda da turistlərin seçdiyi məkandır. Lakin isti mövsümdə Xaçmazda 70-ə yaxın istirahət mərkəzi işlək vəziyyətdə olursa , qış mövsümündə bu obyektlərin böyük əksəriyyəti fəaliyyətini dayandırır. Məsələm yay aylarında Nabranda 60-a yaxın istirahət mərkəzi fəaliyyət göstərirsə, qışda bu rəqəm 10 təşkil edir. Bu arada dolların manat qarşısında 47% bahalaşması və Yeni il bayramı qabağı ənənəvi bahalaşma şimalın turizm obyektlərinə də təsirsiz ötüşmür.

Nabranda müşahidə apardıqımız bir neçə turizm müəssisəsində olarkən devalvasiyanın burada turist sayına təsir etməsini öyrəndik. Buradakı 4 ulduzlu otellərin əməkdaşlarının sözlərinə görə, keçən illə müqasiyədə bu il yeni il bayramında aldıqları sifarişlər azalıb. Otel meneceri Əlövsət Məhərrəmov deyir ki, keçən il 100 sifariş var idisə, bu il həmin göstərici 70% aşağı düşüb.





Digər bir turizm obyektinin nümayəndəsi Etibar İsayev də sifarişlərin azlığından gileylənir. "Sifarişlərin sayında təbii ki azalmla var. Bu manatın devalvasiyasi ilə əlaqədardı. Hardasa 30 nəfərə yaxin sifariş almışıq. Bu vaxt üçün bu göstərici minimaldır."

Vəziyyət o yerə çatıb ki, obyekt sahibləri Yeni il ərəfəsində endirimlərə əl atmağa məcbur olub. Bu mərkəzlərin bir neçəsində qiymətlərdə 20 faiz endirim edilib. Belə ki, 2 nəfər üçün nəzərdə tutulan bir otaqlı koteclər keçən qış 50 manat idisə, bu il bu 40 manat təşkil edir. 2 və 4 otaqlı koteclərdə də qiymətlər 20% aşaqı salınıb.

Xaçmaz mədəniyyət və turizim şöbəsindən də bildirildi ki,təbii ki, manatın dəyərinin aşaqı enməsi ilə əlaqədar yeni il tətilinə gələnlərin sayında azalma müşahidə olunacaq. Qurumdan bildirildi ki, əgər keçən qış mövsümü və yeni il günlərində Xaçmaza 5525 nəfər turist gəlmişdisə,bu il bu sayın xeyli azalacağı proqnozlaşdırılır. Keçən qış 986 nəfər xarici turist qəbul edən Xaçmaz bu Yeni il tətili üçün xarici turistlərdən demək olar ki sifariş almayıb.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368328

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR