​Türkiyə XİN başçısı: "Türkiyə-Rusiya əlaqələri yenə əvvəlki günlərə qayıdacaq"

​Türkiyə XİN başçısı: "Türkiyə-Rusiya əlaqələri yenə əvvəlki günlərə qayıdacaq"
15:27 28 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 28 dekabr. REPORT.AZ/ "Heç narahat olmayın Türkiyə-Rusiya əlaqələri yenə əvvəlki günlərinə qayıdacaq"
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Antalya şəhərində Rus Sənət və Mədəniyyət Mərkəzindəki çıxışı zamanı bildirib.
Məlumata görə, dekabrın 28-də nazir Türkiyəyə yaşayan Rusiya vətəndaşları ilə bir araya gələrək, Mədəniyyət Mərkəzində onlarla görüşüb.
M.Çavuşoğlu deyib ki, indi əsas məsələ iki ölkənin əlaqələrində yaranan gərginliyi hansı formad həll etməyin yolunun tapılmasıdır: "Bunun üzərində işləməliyik. Eyni zamanda elə etməliyik ki, indiki vəziyyət iki ölkənin xalqlarına təsir etməsin. Təəssüflər olsun ki, Rusiyada yaşayan və işləyən Türkiyənin bəzi vətəndaşlarına qarşı mənfi addımlar atıldı. Bundan narahat olduq və bunu həm Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, həm də Rusiyanın başqa rəsmilərinin diqqətinə çatdırdıq. Dostumuz Sergey Lavrov da Türkiyə vətəndaşlarına qarşı atılan addımların yanlış olduğunu və bunun qarşısını alacaqlarını söylədi". 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-xi-n-bascisi-turkiye-rusiya-elaqeleri-yene-evvelki-gunlere-qayid

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR