Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsinə yekun vurulub

“İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsinə yekun vurulub

Date: 28 December 2015 15:28


Beyləqan, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Beyləqan şəhərindəki Gənclər Mərkəzində keçirilən “Qarabağ intellektləri” adlı final yarışında Beyləqan, Xocavənd, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Laçın rayonlarının 16 komandası iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Beyləqan şəhərindəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, Bərdə rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Aydın Qasımov və başqaları çıxışlarında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Yarış “Nə? Harada? Nə zaman?” formatında davam edib. Gərgin mübarizə şəraitində keçən yarışda Bərdənin “Xanqaraqoyunlu” komandası birinci, Xocavəndin “Albedo” komandası ikinci, Xocavəndin “Tuğ” və Tərtərin “28 May” komandaları isə üçüncü yerlərə layiq görülüblər.
Qaliblər diplom və hədiyyələrlə təltif edilib.


Tags:  İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği layihəsinə yekun vurulub


RƏYLƏR


Top news