İlham Əliyevin ünvanına ad günü münasibətilə təbriklər gəlməkdə davam edir

İlham Əliyevin ünvanına ad günü münasibətilə təbriklər gəlməkdə davam edir
15:32 28 Dekabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz yüksək peşəkarlığınız, müdrikliyiniz və dövlət əhəmiyyətli qərarlar qəbul edilməsində strateji uzaqgörənliyiniz sayəsində haqlı olaraq Azərbaycan xalqının həqiqi lideri imici qazanmısınız.

Əminəm ki, Rusiya ilə Azərbaycan arasında tarixən yaranmış mehriban qonşuluq münasibətləri, mədəni və iqtisadi əlaqələr çoxtərəfli əməkdaşlığımızın daha da inkişaf etməsini təmin edəcək.

Sizə möhkəm cansağlığı, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR