Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib

Bu il 6 uşaq əcnəbilərə övladlığa verilib

2016-cı ildə övladlığa götürülən uşaqların sayı açıqlandı (18 Mart 2017 20:22)
Ancelina Coli yenə uşaq istəyir (10 Mart 2017 21:12)
Keçən il Azərbaycanda 10 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb (06 Mart 2017 18:02)

Tarix: 28 Dekabr 2015 15:34

2015-ci ildə Azərbaycanda əcnəbilər tərəfindən 6 övladlığa götürmə faktı qeydə alınıb.

 

Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib. O bildirib ki, uşaqlar Amerika Birləşmiş Ştatları (1), Türkiyə (2) və Rusiya (3) vətəndaşlarına övladlığa verilib.

 

Qeyd edək ki,  2007-2014-cü illərdə 43 uşaq əcnəbi vətəndaşlara övladlığa verilib ki, onların arasında Azərbaycan əsilli Rusiya Federasiyası vətəndaşı olan şəxslər və ABŞ vətəndaşları üstünlük təşkil edib. Siyahıda Fransa, İsveçrə və azərbaycanlılarla ailə quran Türkiyə vətəndaşları da var. Afrika, Avstraliya və Asiya qitələrindəki ölkələrin vətəndaşlarından indiyədək övladlığa götürmə ilə bağlı müraciət daxil olmayıb.


Teqlər:  il uşaq əcnəbilərə övladlığa verilib



RƏYLƏR


Top xəbərlər