Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Göyçayda ev yanıb

Göyçayda ev yanıb

Date: 28 December 2015 15:42

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Göyçayda fərdi yaşayış evi yanıb. Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsindəki 74 saylı ünvanda qeydə alınıb. Şəhər sakini Novruz Əzizova məxsus, ümumi sahəsi 90 kvadratmetr olan 3-otaqlı ev içindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb. Evdə yaşayış olmadığından qonşular yanğından gec xəbər tutublar. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi 50 kvadratmetrlik talvarı və yaxınlıqdakı 2 fərdi evi alovdan mühafizə edə bilbilər. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Göyçayda ev yanıb

RƏYLƏR


Top news