Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İnternet təhlükəsizliyini təmin edən alqoritm yenisi ilə əvəz olunacaq

İnternet təhlükəsizliyini təmin edən alqoritm yenisi ilə əvəz olunacaq

Date: 28 December 2015 15:43


Bakı, 28 dekabr, AZƏRTAC
Gələn il yanvarın 1-dən internet təhlükəsizliyini təmin edən alqoritm yenisi ilə əvəz ediləcək. İnternet təhlükəsizliyini təmin edən "SHA-1" kriptoqrafiya alqoritminin istifadədən çıxarılması gözlənilir. Köhnəlmiş versiyanı "SHA-2" alqoritmi əvəz edəcək.
Sahə ekspertlərinin fikrincə, növbəti ildən istifadəçilərin yeni "SHA-2" kriptoqrafiya alqoritminə keçidi zəruridir. Əks təqdirdə, dünyanın bir çox ölkələrindən milyonlarla istifadəçi internet saytlarda məhdudiyyətlərlə üzləşə bilər, risk qrupuna inkişaf etməkdə olan ölkələrin sakinləri daxildir.
AZƏRTAC "igate.com.ua" resursuna istinadən xəbər verir ki, yeni "CloudFlare" hesabatına görə, "SHA-2" alqoritminin Qərbi Avropa və Şimali Amerikada dəstəklənmə göstəricisi 99 faizi ötür. Lakin Çin, Kamerun, Yəmən, Sudan, Misir və Liviya kimi ölkələrdə internet istifadəçilərinin 5 faizi alqoritmi dəstəkləməyən köhnə brauzer versiyalarından istifadə edir. Məhz onların yeni alqoritm versiyasına keçiddən ən çox zərər çəkəcəkləri bildirilir.
 

Tags:  İnternet təhlükəsizliyini təmin edən alqoritm yenisi əvəz olunacaq



RƏYLƏR


Top news