Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Günel Ələkbərova: "Ürəyim partlayır, kirayə pulunu da ödəyə bilmirəm"

Günel Ələkbərova: "Ürəyim partlayır, kirayə pulunu da ödəyə bilmirəm"

Date: 28 December 2015 15:47

Müğənni Günel Ələkbərova dolların məzənnəsinin yüksəlməsinin ona pis təsir etdiyini bildirib. 

Milli.Az gün.az-a istinadən xəbərinə görə, sənətçi hazırda qaldığı evin kirayə haqqını belə ödəyə bilmədiyini deyib:

"Bu dəqiqə o qədər problemlərim var ki... 15 min dollar borcum var idi, o da artıq kəllə-çarxa qalxıb. Manatın devalvasiyası, dolların qalxması vəziyyəti daha da çətinləşdirdi. Bəziləri çıxıb efirə arsız-arsız danışırlar ki, dolların məzənnəsi qalxdı, yaxşı oldu, mənə sərf elədi. Bilmirəm, kimin dolları var, bu vəziyyət ona sərf edir, amma imkansızları da nəzərə almaq lazımdır. Bir məsəl var, toxun acdan nə xəbəri... Banklara kredit borcum yoxdur. Amma 15 min borcum var. Nə fərqi var ki, onu istənilən halda ödəməliyəm. Mən tanınmış adam olduğum halda, belə çətinlik çəkirəm, indi siz sıradan insanları təsəvvür edin. İnsanlar var ki, böyük ailədir, evində xəstəsi var. Görün onlar nə vəziyyətdədir. Amma bəziləri arsızlıq edir ki, elə belə də olmalıdır. Əslində, belə olmalı deyil. Çünki hər şeyin qiyməti qalxıb. Camaat neyləsin, gedib oğurluq etsin? 

14 ildir ki, professional səhnədəyəm. Bəzən elə olur ki, bəziləri mənə dırnaqarası müğənni kimi baxırlar. Amma mən çoxlarından artığam. Həm staj cəhətdən, həm də Azərbaycanı dəfələrlə layiqincə təmsil etmişəm. Çox təəssüf ki, bu kimi tədbirlərə qatılanda efirlər işıqlandırmır. Hər zaman dövlət tədbirlərində canla-başla iştirak etmişəm. Bunu deməyə mənim haqqım çatır. Amma bu günə kimi heç vaxt problemlərimdən danışmamışam. Amma indi maddi durumum çox pisdir. Heç bir zaman gileylənməmişəm. Çoxları da elə biliblər ki, mən dəbdəbəli həyat yaşayıram. Son illərə qədər mənim sıxıntım olmayıb. Bu gün elə kişilər var ki, hazırki durumda qan ağlayırlar. Mənim maşınım, evim var idi. Amma bu gün nə maşınım, nə də ki, evim var. Kirayə evdə yaşayıram. Kirayə pulunu da ödəyə bilmirəm".

G.Ələkbərova şou-proqramlara getmədiyini bildirib:

"Şou-proqramlarda nə pul verirlər ki? Əvvəlki vəziyyət də deyil. Mənim artıq ürəyim partlayır. Bəzi müğənnilər çıxırlar efirə, bahalı maşınlarını, evlərini görməmiş kimi göstərirlər. Vergilər Nazirliyində də düşünürlər ki, əgər bu qədər pul qazanırsan, o zaman vergi ödə. Onların da güdazına hamı gedir. Beş-on müğənninin  heyfini hamıdan çıxırlar. Cərimə olunan bəzi müğənnilərə yaxşı olub. Efirə çıxıb, maşınlarını, evlərini göstərəndə, sonu da belə olur. Dolların qalxmağından pis olsalar da, yaltaqlanırlar. Heç özləri də bilmirlər, kimə yaltaqlanırlar".

Milli.Az


Tags:  Günel Ələkbərova Ürəyim partlayır kirayə pulunu ödəyə bilmirəm


RƏYLƏR


Top news