Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konsert keçirilib

Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konsert keçirilib

Date: 28 December 2015 15:48


Stokholm, 28 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə Azərbaycan İsveç Federasiyasının təşkilatçılığı və ölkəmizin İsveçdəki səfirliyinin dəstəyi ilə Stokholmda bayram konserti keçirilib.
Tədbirdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, səfirliyin əməkdaşları, bu ölkədə yaşayan Azərbaycan və türk diasporlarının, habelə İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən Azərbaycan İsveç Federasiyasının rəhbəri Səttar Sevigin xalqımızın ən sevimli bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən söhbət açıb.
Azərbaycanın tarixindən və xalqımızın birliyi, soydaşlarımızın həmrəyliyi ideyasından danışan S.Sevigin dünyanın müxtəlif guşələrində yaşayan milyonlarla azərbaycanlının Azərbaycan naminə daha böyük işlər görməsinin vacibliyini qeyd edib.
Sonra mərasimin bədii hissəsi başlayıb. Tədbirdə tanınmış müğənni Könül Məmmədlinin rəhbərlik etdiyi musiqi qrupu muğam, xalq mahnıları və milli rəqslərlə müşayiət olunan konsert proqramı ilə çıxış ediblər.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm



Tags:  Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə konsert keçirilib


RƏYLƏR


Top news