Kürdlər BƏYANAT verdi: Öcalan azad edilsin, muxtariyyət verilsin, kürd dili rəsmiləşsin

Kürdlər BƏYANAT verdi: Öcalan azad edilsin, muxtariyyət verilsin, kürd dili rəsmiləşsin
15:49 28 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Kürdləri birləşdirən təşkilat toplantı keçirdi, bəyanat verdi

Bu gün Türkiyədə yaşayan kürdləri özündə birləşdirən Demokratik Toplum Koqressi Diyarbəkirdə  (DTK) toplantı keçirib. Lent.az “Doğan” informasiya agentliyinə istinadən xəbər verir ki, qurum tədbirin sonunda bəyanat yayıb. Bəyanatda Türkiyə hökumətindən Abdulla Öcalanın azadlığa buraxılması, kürdlərin sıx yaşadığı bölgələrə muxtariyyət verilməsi və s. məsələlər qeyd edilib.

 

Bəyanatda aşağıdakı bəndlər üzrə tələblər irəli sürülüb:

 

1. Siyasi statusun dəqiqləşdirilməsi

2. Abdulla Öcalanın sərbəxt buraxılması

3. Muxtariyyət elan edilməsi və yerli parlament təşkili

4. Şəhər, məhəllə və kənd məclislərinin formalaşdırılması

5. Qadın birliklərinin yaradılması

6. Kürd dilinin rəsmi dil elan edilməsi

7. Təhsil siyasətinin muxtariyyət tərəfindən müəyyənləşdirilməsi və kürdcə təhsilin sərbəst olması

8. Diyanet idarəsi qalsa da, ibadət məsələlərinin muxtariyyət səlahiyyətlərinə verilməsi

9. Tibb xidmətlərinin muxtariyyət səlahiyyətlərinə verilməsi

10. Bölgədəki bütün təbii sərvətlərin muxtariyyət hakimiyyətinə verilməsi

11. Hava limanlarının muxtariyyət hakimiyyətinə verilməsi və Kürd Hava Yollarının təşkili

12. Vergi məsələlərinin muxtariyyət səlahiyyətinə keçməsi

13.  Muxtariyyətin öz polisini və təhlükəsizlik xidmətini təşkil etməsi

 

Bəyanatda PKK-nın bölgədə qazdığı çoxsaylı xəndəklərin əhəmiyyətinə toxunulub və bu xəndəklərin “xalqın öz müqəddəratını müəyyənləşdirmə” prosesinə təkan verdiyi vurğulanıb. Həmçinin qeyd edilib ki, Türkiyədə 1 noyabr seçkilərindən əvvəl baş verən proseslər "Ərdoğan hakimiyyətinin siyasi çevrilişidir”.

 

DTK toplantısının keçirildiyi zalda PKK-nın həbsdə olan lideri Abdulla Öcalanın portretinin asılması və təşkilatın simvollarına yer verilməsi, eləcə də HDP rəhbərliyinin canfəşanlığı diqqəti cəlb edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226865

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR