Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aygün Kazımova Röyadan danışdı - video

Aygün Kazımova Röyadan danışdı -  video

Date: 28 December 2015 15:51

Xalq artisti Aygün Kazımova müğənni Röya Ayxandan danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “10-dan sonra” verilişində Röya ilə Türkiyədə eyni komanda ilə işlədiklərini deyib:

“Mən Türkiyədə böyük komanda ilə çalışıram. Onlar Tarkan, Ajda Ppekkan kimi məşhurlara klip çəkirlər. Həmin komanda bizim Röyanın da son iki klipini ekranlaşdırıb. Onlar ən yaxşılarıdır. Ona görə də bizim çalışdığımız insanlar toqquşur. Bu yaxşı göstəricidir. İndi həmin yaradıcı heyət Bakıya gələcək. “Səni belə sevmədilər” mahnımı burada ekranlaşdıracaqlar”.

A.Kazımova dünyaca məşhur ulduz Snup Doqla duetindən də bəhs edib. Müğənni bütün pulunu o layihəyə xərclədiyini deyib:

“Heç kim bu layihəni reallaşdırmağıma inanmırdı. Klip çəkilən gün Snup Dok məkana gec gəldi. Mən də Hollivud kinostudiyasında onu gözləydim. Amerika ilə bizim aramızda saat fərqi var, vaxta öyrəşə bilmirdim. Makiyaj, saç hazır dayanmışam. Birdən "tərs damarım" tutdu, əsəbiləşdim. Dedim, layihənin rəhbərliyi, qonorarı mənə ayıddır. İstəmirəm, çəkilmirəm. Sponsor özüm idi. Çox pul xərclədim. 30 ildir səhnədəyəm. İndiyənə kimi sənətim sayəsində nə əldə etmişdimsə, hamısını bu layihəyə qoydum. İndi altından çıxa bilmirəm. Fikirdən yazmağa başlamışam. (gülür). Yavaş-yavaş vəziyyətdən çıxmağa çalışıram. Çox çətin başa gəldi, amma oldu”.

A.Kazımova daha sonra “Səhnədə olan adam özünə diqqət etməlidir. Mənim ən çox vaxtım özümə gedir. Bütün günü qidalanmağıma, gözəlliyimə, layihələrimə vaxt ayırıram” deyə bildirib.

Xalq artisti xanımlara məsləhətlər də verib:

“Quyruq çox xeyirlidir. Qoyunun öz yağıdır. Xanımlara məsləhət görürəm ki, mütləq kərə yağı yesinlər. Bir də nehrə yağından istifadə etsinlər. Yeməyi onda bişirin”.


Tags:  Aygün Kazımova Röyadan danışdı video

RƏYLƏR


Top news