"Azəriqaz" gücləndirilmiş iş rejiminə keçir

15:52 28 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli Qaynar xətlərin fəaliyyəti gücləndiriləcək, eləcə də Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.
"Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. “Azəriqaz” istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir", - deyə SOCAR-dan bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azeriqaz-guclendirilmis-is-rejimine-kecir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR