Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Polis əməkdaşları məcburi köçkünlər üçün 70 min manat toplayıb

​Polis əməkdaşları məcburi köçkünlər üçün 70 min manat toplayıb

Prezident məcburi köçkünlərlə bağlı SƏRƏNCAM VERDİ (16 Mart 2017 18:03)
Deputat: "Bu fərman məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti addımdır" (16 Fevral 2017 17:32)
Deputat: “Bəzi məmurlar cənab Prezidentin bu fərmanından ibrət dərsi götürməlidir” (15 Fevral 2017 14:23)

Tarix: 28 Dekabr 2015 16:02

Bakı. 28 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində - dekabrın 27-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri Sabirabadda və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüb. Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Polis general-leytenantı İsmət Əliyev respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını görüş iştirakçılarına çatdırıb.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsini və problemlərinin həllini daim diqqətdə saxladıqlarına görə nazirliyin rəhbərliyinə təşəkkür edib.
Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 44 min manatı Sabirabadda, qalan 26 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim edilib.

Teqlər:  Polis əməkdaşları məcburi köçkünlər 70 min manat toplayıb



RƏYLƏR


Top xəbərlər